Dünya siyasi prosesləri

Proqram: Dünya siyasi prosesləri üzrə maqistr


Müddət: 2 il

Təhsil forması: əyani

İllik təhsil haqqı: 1900 AZN

Təlim dili:azərbaycan, ingilis və rus dili

Dünya siyasi prosesləri ixtisası üzrə magistr proqramı qlobal, regional və milli səviyyələrdə qlobal siyasəti, proseslərinin və hadisələrinin dərindən öyrənilməsinə şərait yaradan təhsil proqramıdır. Proqram magistrantlara təhsil, dövlət, biznes, peşə məktəbi və qeyri-kommersiya təşkilatlarında karyera qurmaqda köməklik edən güclü bilik bazası və siyasi təhlil alətləri ilə təmin edir. Həmçinin bu proqram dünyada mürəkkəb siyasi münasibətləri başa düşmək üçün tələb olunan həm nəzəri, həm də praktiki bilikləri əldə etmək imkanı verir.

Proqramı siyasi tarix elminin əsas sahələrini, o cümlədən parlament sistemi, qloballaşma, siyasi idarəetmə və ictimai texnologiyalar, siyasi tədqiqat metodları, siyasi münaqişələrin həlli və beynəlxalq siyasət məsələlərini əhatə edir.

Magistrant elmi-tədqiqat sahəsi üzrə aşağıdakı peşə vərdişlərinə yiyələnməlidir:

-elmi-tədqiqat və elmi-istehsalat işlərinin təşkilində, kollektivin idarə edilməsində bilik və bacarıqlardan istifadə etmək, komandanın məqsədlərinin formalaşmasına təsir etmək, məqsədlərə nail olmaq üçün lazımi istiqamətdə sosial-psixoloji iqlimə təsir etmək, fəaliyyətin nəticələrinin keyfiyyətini qiymətləndirmək bacarığına;

-elmi-tədqiqat işlərinin planlaşdırılması və aparılması bacarığına ;

-elmi axtarışlarının nəticələrini təqdim etmə qabiliyyətinə;

-fənnin ümumi mənzərəsini təsvir etməyə.

Magistrantlar mütləq qaydada elmi-pedaqoji təcrübə keçməli və magistr dərəcəsi almaq üçün magistr dissertasiyasını müdafiə etməlidirlər.

Magistr nəzəri prinsip və tədqiqat metodları haqqında ümumi təsəvvürə və dərin biliyə malik olmalı, peşə hazırlığı tələb edən elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalı, peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll etməyi bacarmalıdır.

Proqram uğurla başa çatdıqdan sonra magistrlar dövlət təşkilatları, səfirliklər, nazirliklər və qeyri-hökumət təşkilatları, hüquq, biznes və beynəlxalq təşkilatlarda və s. öz peşə fəaliyyətlərini qura bilərlər, eyni zamanda elmi fəaliyyətlərini davam etdirə bilərlər. 

Dünya siyasi prosesləri ixtisası üzrə magistr proqramı qlobal, regional və milli səviyyələrdə qlobal siyasəti, proseslərinin və hadisələrinin dərindən öyrənilməsinə şərait yaradan təhsil proqramıdır. Proqram magistrantları təhsil, dövlət, biznes, peşə məktəbi və qeyri-kommersiya təşkilatlarında karyera qurmaqda köməklik edən güclü bilik bazası və siyasi təhlil alətləri ilə təmin edir. Həmçinin bu proqram dünyada mürəkkəb siyasi münasibətləri başa düşmək üçün tələb olunan həm nəzəri, həm də praktiki bilikləri əldə etmək imkanı verir.

Proqram siyasi tarix elminin əsas sahələrini, o cümlədən parlament sistemi, qloballaşma, siyasi idarəetmə və ictimai texnologiyalar, siyasi tədqiqat metodları, siyasi münaqişələrin həlli və beynəlxalq siyasət məsələlərini əhatə edir.

Magistrant elmi-tədqiqat sahəsi üzrə aşağıdakı peşə vərdişlərinə yiyələnməlidir:

-elmi-tədqiqat və elmi-istehsalat işlərinin təşkilində, kollektivin idarə edilməsində bilik və bacarıqlardan istifadə etmək, komandanın məqsədlərinin formalaşmasına təsir etmək, məqsədlərə nail olmaq üçün lazımi istiqamətdə sosial-psixoloji iqlimə təsir etmək, fəaliyyətin nəticələrinin keyfiyyətini qiymətləndirmək bacarığına;

-elmi-tədqiqat işlərinin planlaşdırılması və aparılması bacarığına ;

-elmi axtarışlarının nəticələrini təqdim etmə qabiliyyətinə;

-fənnin ümumi mənzərəsini təsvir etməyə.

Magistrantlar mütləq qaydada elmi-pedaqoji təcrübə keçməli və magistr dərəcəsi almaq üçün magistr dissertasiyasını müdafiə etməlidirlər.

 

Magistr nəzəri prinsip və tədqiqat metodları haqqında ümumi təsəvvürə və dərin biliyə malik olmalı, peşə hazırlığı tələb edən elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalı, peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll etməyi bacarmalıdır.

Proqram uğurla başa çatdıqdan sonra magistrlar dövlət təşkilatları, səfirliklər, nazirliklər və qeyri-hökumət təşkilatları, hüquq, biznes və beynəlxalq təşkilatlarda və s. öz peşə fəaliyyətlərini qura bilərlər, eyni zamanda elmi fəaliyyətlərini davam etdirə bilərlər.

 

Proqramın tərkibi:

Humanitar və sosial elmlər:

- Xarici dil

- Ali məktəb pedaqogikası

- Psixologiya

Seçmə fənn:

1. Fəlsəfə

2. Politologiya

İxtisas-peşə hazırlığı fənləri:

- Siyasi elmin müasir problemləri
- Siyasi elmin tarixi və metodologiyası
- Beynəlxalq təşkilatlar və aparıcı siyasi mərkəzlər
- Siyasi psixologiya
- Azərbaycan müstəqilliyi uğrunda əsas istiqamətlər
- Diplomatik və konsulluq xidməti
- Peşə etikası
- Siyasi təhlil və proqnozlaşdırma
- Azərbaycan beynəlxalq münasibətlər sistemində

Peşə hazırlığı üçün seçmə fənlər:

- Cənubi Qafqazda regional təhlükəsizlik
- Dünya siyasətinin qlobal problemləri
- Kadr siyasəti və dövlət xidməti
- Böyük dövlətlərin Yaxın Şərqdə maraqları
- Qloballaşma və beynəlxalq münasibətlər
- Siyasi marketinq
- Diplomatiya nəzəriyyəsi
- Siyasi davranış və siyasi proseslər
- Avropada Azərbaycan diaspor təşkilatları
- Beynəlxalq qeyri-hökümət təşkilatları