Biologiya üzrə bakalavr dərəcəsi

Proqram: Biologiya üzrə bakalavr

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2000 AZN (bu məbləğ 2 dəfəyə - hər semestr öncəsi ödənilir)

Təlim dili: azərbaycan, rus və ingilis dili

Biologiya üzrə bakalavr dərəcəsi yer üzündə mövcud olan və məhv olmuş külli miqdarda növ müxtəlifliyi, onların quruluş və funksiyası, mənşəyi, çoxalması və inkişafı, canlı və cansız təbiətlə əlaqəsini öyrədən çoxsahəli tədris proqramıdır. Proqram çərçivəsində sitologiya (hüceyrə haqqında nəzəriyyə), molekulyar biologiya, insan haqqında nəzəriyyə, ekologiya, biosfer haqqında nəzəriyyə, təkamül nəzəriyyəsi, orqanizmin individual inkişafı kimi sahələr öyrənilir. Tələbələr bioloji elmlərin nailiyyətlərinə yiyələnməklə, eyni zamanda müasir genetika, irsiyyət və dəyişkənlik hadisələri haqqında təcrübi və praktiki biliklər əldə edirlər. Bu məqsədlə Qərb Universiteti tələbələr üçün müxtəlif növ araşdırmalar aparmaq və laborator tədqiqatlarda iştirak imkanları yaratmışdır.

Dərəcə əldə etmək üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

Proqramı uğurla başa çatdıran məzunlar genlərin strukturunu öyrənən genetik, heyvanları öyrənən zooloq, insan quruluşunu, orqanlarını və həyat fəaliyyətini öyrənən anatom kimi fəaliyyət göstərə bilərlər. Onlar təhsil müəssisələrində, müxtəlif araşdırma mərkəzlərində, elmi tədqiqat institutlarında işləyə bilərlər.

Proqramın tərkibi:

Humanitar və sosial fənlər:

-Azərbaycan tarixi

-Xarici dil

-Azərbaycan dili və nitq mədəniyyəti

-Fəlsəfə

-Multikulturalizmə giriş

-Psixologiya

-Mədəniyyətşünaslıq

-Azərbaycan Konstitusiyası və hüququn əsasları

-Etika

İxtisas-peşə hazırlığı fənləri:

-Ali riyaziyyat

-Fizika

-Biometriya və informatika

-Ümumi kimya

-Torpaqşünaslıq

-Ekologiya və təbiətdən səmərəli istifadə

-Sitologiya

-İnsan anatomiyası

-Bitkilərin morfologiyası və anatomiyası

-İbtidai bitkilərin sistematikası

-Ali bitkilərin sistematikası

-Onurğasızlar zoologiyası

-Onurğalılar zoologiyası

-Histologiya və fərdi inkişafın biologiyası

-Biokimya

-Mikrobiologiya

-Genetika və təkamül təlimi

-Molekulyar biologiya

-Bitki fiziologiyası

-İnsan və heyvan fiziologiyası

-Biofizika

-İmmunologiya

-Mikologiya

-Enzimologiya

-Biotexnologiya

-Mülki müdafiə

Peşə hazırlığı üzrə seçmə fənlər:

-İxtiologiya

-Hidrobiologiya

-Bitki və heyvan ekologiyası

-Virusologiya

-Biologiyada kompüter modelləşməsi

-Entomologiya

-Membranologiya və s.