Biznes məktəbi

 

Qərb Universitetinin "Biznes məktəbi”

Kafedralar

Kürsülər

Maliyyə və menecment kafedrası

Maliyyə və mühasibat uçotu kürsüsü

Menecment və turizm kürsüsü


"Biznes məktəbi” Qərb Universiteti yarandığı gündən fəaliyyət göstərir. Məktəbin nəzdində "İqtisadiyyat”, "Maliyyə və mühasibat uçotu”, " Menecment”, və "Əmtəəşünaslıq və ekspertiza” adlı kürsülər(kafedralar) fəaliyyət göstərir.

Universitetin aparıcı məktəblərindən sayılan "Biznes məktəbi”ndə aşağıdakı ixtisaslar üzrə təhsil həyata keçirilir:

Bakalavr səviyyəsi üzrə:

- Maliyyə

- Menecment

- Biznesin idarə olunması

- Ekologiya

- Turizm və otelçilik

- Mühasibat uçotu və audit

- İstehlak mallarının ekspertizası və marketinqi


Magistratura səviyyəsi üzrə:

- Beynəlxalq maliyyə və valyuta-kredit münasibətləri

- Vergi və vergiqoyma

- Maliyyə nəzarəti və audit

- İnnovasiyaların və layihələrin idarə olunması

- İqtisadiyyatın hüquqi tənzimlənməsi

- Biznesin təşkili və idarə edilməsi

- Biznesin təşkili və idarə edilməsi (MBA proqramı çərçivəsində)

- Aqrar sahədə ətraf mühitin mühafizəsi

- Turizm və sosial-mədəni servis xidməti

- Beynəlxalq turizm və ölkəşünaslıq


Doktorantura və dissertantura səviyyəsi üzrə:

- Daxili fiskal siyasət və dövlət maliyyəsi

- Sahə iqtisadiyyatı

Məktəbin əsas vəzifəsi müasir dövrdə gündən-günə beynəlxalq aləmdə qüdrəti ilə möhkəmlənən Azərbaycan Respublikasının işgüzar həyatında fəal iştirak etmək üçün zəzuri olan bilik və təcrübi bacarıqlar qazanmaq imkanı yaratmaqdır.

Bütün ixtisaslar üzrə tələbələrin azərbaycan,rus və ingilis dillərində təhsil almaq imkanları vardır. Bundan əlavə tələbələr alman, fransız, italyan və çin dillərini də öyrənə bilərlər.

"Biznes məktəbi”nin müəllim heyəti 7 nəfər elmlər doktoru,21 nəfər fəlsəfə doktoru, 12 nəfər isə ABŞ, Böyük Britaniya, Almaniya, Rusiya, Türkiyə və başqa xarici ölkələrdə təhsil almış , xalq təsərrufatının aparıcı sahələrində çalışan mütəxəssislərdən ibarətdir. Bununla yanaşı xarici ölkələrin aparıcı ali təhsil ocaqlarından dəvət olunmuş professor-müəllimlər tədris prosesinə cəlb olunurlar.

Tədris prosesini daim təkmilləşdirməyə çalışan məktəbin kollektivi Azərbaycan iqtisadiyyatında yaranan yeni tələblərə uyğun dərs vəsaiti, dərslik və tədris proqramları hazırlayaraq nəşr etdirirlər.

"Biznes məktəbi” respublikamızda və xaricdə fəaliyyət göstərən bir sıra təşkilatlarla sıx əlaqələr saxlayır.

Tələbələrimiz Dünya Bankı, Birləşmiş Millətlər Təşkilatı, AMOCO , Praysuotershaus Kupers, BP, Hyatt Regency, Radisson və başqalarının təşkil etdiyi görüşlərdə, təqdimat mərasimlərində və başqa tədbirlərdə iştirak edirlər. Bununla tələbələr praktik bacarıqlar və təcrübə qazanır və Universiteti bitirdikdən sonra işə düzəlmək imkanı əldə edirlər. Məktəb beynəlxalq TASİS/TEMPUS, Erasmus Mundus və digər beynəlxalq proqramlar çərçivəsində xarici əməkdaşlar ilə birlikdə bir sıra layihələrdə iştirak edir.

"Biznes məktəbi”nin müasir kompüter və internet mərkəzi, elmi kitabxana mərkəzi və mehmanxana məktəbi var. Bakalvr dərəcəsi alan məzunlar dövlət və özəl sektorlarda, müxtəlif təşkilatlarda və firmalarda çalışırlar. Universitetdə müxtəlif tədris kursları fəaliyyət göstərir. Tələbələrin magistraturada təhsillərini davam etdirmək imkanı var.

1991-ci ildə əsası qoyulmuş Azərbaycanın ən böyük və ilk özəl universitetlərindən biri sayılan Qərb Universitetinin akademik sahədəki nailiyyətlərinə görə ən yaxşı ali təhsil müəssisəsi kimi mükafatlarla təltif olunmasında "Biznes məktəbi”nin xüsusi yeri vardır.

Məzunlarımızın böyük əksəriyyəti dövlət müəssisə və təşkilatlarında, eləcə də özəl və beynəlxalq təşkilat və müəssisələrdə uğurla çalışırlar. Dövlət Təşkilatları sırasında Xarici İşlər , İqtisadiyyat, Təhsil , Səhiyyə , Nəqliyyat , Fövqəladə Hallar, Daxili İşlər, Mədəniyyət və Turizm, Ekologiya və Təbii Sərvətlər Nazirlikləri, Dövlət Neft Şirkəti, səfirliklər, Dövlət Agentlikləri, özəl təşkilatlar sırasında isə AZAL, banklar, mobil operatorlar və sığorta şirkətləri üstünlük təşkil edir.

"Biznes məktəbi” və Universitetimiz " Beynəlxalq menecment və Beynəlxalq iqtisadi münasibətlər” ixtisaslarını bitirmiş H.Əliyev Fondunun icraçı direktoru olmuş, hal-hazırda isə 1-ci Vitse – Prezidentin köməkçisi vəzifəsində çalışan Ələkbərov Anar, "İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisasını bitirmiş və hal-hazırda Amerika Ticarət Palatasında icraçı direktor vəzifəsində çalışan Nəsrullayeva Nərgiz, "Beynəlxalq menecment” ixtisasını bitirmiş və hal-hazırda Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qurbanova Nərgiz, "İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisasını bitirmiş və hazırda Montenegronun Azərbaycan Respublikasındakı Fəxri Konsulu təyin edilmiş Əliyev Vüqar kimi məzunları ilə fəxr edir.