Kompüter mühəndisliyi üzrə bakalavr dərəcəsi

Proqram: Kompüter mühəndisliyi üzrə bakalavr

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2000 AZN(bu məbləğ 2 dəfəyə - hər semestr öncəsi ödənilir)

Təlim dili: azərbaycan, ingilis və rus dili

Kompüter mühəndisliyi üzrə bakalavr dərəcəsi proqramı kompüterlərin tətbiqi, dizayn və təhlili üzrə mərkəzləşmiş çoxsahəli əyani tədris proqramıdır. Tələbələr riyaziyyat, fizika və kompüter mühəndisliyi üzrə dərin nəzəri biliklər və praktiki bacarıqlar əldə edirlər. Onlara bilik və bacarıqlarını kompüter sistemlərinin dizayn və tətbiqində, təhlil və qiymətləndirilməsində istifadə etmək yolları öyrədilir.

Tələbələr xüsusilə proqramlaşdırma, kompüter sistemləri, rəqəmsal sistemlər və mikroprosessor sistemlər daxil olmaqla bütün kompüter sahələri üzrə təcrübə qazanmış olurlar.

Dərəcə almaq üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

 

Proqramı müfəvvəqiyyətlə bitirən məzunlar telekommunikasiya, kompüterləşmə, aerokosmika və daşınma sənayeləri, dövlət təşkilatları və digər sahələrdə fəaliyyət göstərə bilərlər.

Proqramın tərkibi:

Humanitar və sosial elmlər:

-Azərbaycan tarixi

-Xarici dil

-Azərbaycan dili və nitq mədəniyyəti

-Fəlsəfə

-Politologiya

-Psixologiya

-Mədəniyyətşünaslıq

-Sosiologiya

-Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları

İxtisas-peşə hazırlığı fənləri:

-Riyaziyyat

-Ehtimal nəzəriyyəsi və statistikası

-Fizika

-Kompüter mühəndisliyinin əsasları

-Dövrlər nəzəriyyəsi

-İstehsalın iqtisadiyyatı və menecmenti

-Proqramlaşdırmanın əsasları

-Elektronikanın əsasları

-Kompüter arxitekturası

-Kompüter şəbəkələri

-Sistem proqramlaşdırılması və əməliyyat sistemləri

-Rəqəmsal sistemlər

-Kompüter sistemlərinin təhlükəsizliyi

-Verilənlərin strukturu və verilənlər bazası sistemləri

-Əməliyyatların tədqiqi

-Formal dillər və avtomatlar nəzəriyyəsi

-Sistemli analiz və kompüterdə modelləşdirmə

-Multimedia texnologiyaları

-Kompüter sxematexnikası və mikroprosessor sistemləri

-Kompüterlərin tətbiqi nəzəriyyəsinin əsasları

-Sistemlərin simulyasiyası

-İnternet texnologiyaları

-Həyat fəaliyyətinin təhlükəsizliyi

-Veb proqramlaması və layihələndirməsi

-Mülki müdafiə

Peşə hazırlığı üçün seçmə fənlər:

-Xüsusi ingilis dili

-İxtisas üzrə praktikum

-Kompüter qrafikası və multimedia

-Yüksəksürətli kompüter şəbəkələri

-Kompüter təhlükəsizliyi

-Nanotexnologiyalar

-Problemyönümlü proqramlaşdırma

-Riyazi məntiqi məsələlər və s.