Dilşünaslıq (İngilis dili)

 

Proqram: Dilşünaslıq (İngilis dili) üzrə maqistr

Müddət: 2 il

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2000 AZN

Təlim dili:azərbaycan, ingilis və rus dili

Magistr proqramı dilçilik sahəsində magistrantlara dilçilik mövzularının dərindən öyrənilməsinə şərait yaradan təhsil proqramdır.

 

Magistrantlar linqvistik nəzəriyyənin elmi anlayışı, eləcə də dil və mədəniyyət arasındakı münasibətləri öyrənəcəklər.

Magistrant elmi-tədqiqat sahəsi üzrə aşağıdakı peşə vərdişlərinə yiyələnməlidir:

- elmi-tədqiqat və elmi axtarışlar işinin aparılması;

- Dilşünaslıq elminin inkişafının əsas istiqamətlərinin aspektləri üzrə müstəqil təhlil etmək;

- öz elmi araşdırmalarının nəticələrini təqdim etmək ;

- fənlərin ümumi mənzərəsini müstəqil qurmaq;.

- elektron kitabxanalardan, referativ jurnallardan ixtisasın aktual elmi-texniki məlumatlarını
əldə etmək;

- tədris, təlim və ya digər üsullarla öz biliklərini başqasına ötürməyi bacarmaq;

Magistrantlar mütləq qaydada elmi-pedaqoji təcrübə keçməli və magistr dərəcəsi almaq üçün magistr dissertasiyasını müdafiə etməlidirlər.

 

Magistr nəzəri prinsip və tədqiqat metodları haqqında hərtərəfli geniş təsəvvürə və dərin biliyə malik olmalı, peşə hazırlığı tələb edən elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalı, peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll etməyi bacarmalıdır.

Proqram uğurla başa çatdıqdan sonra magistrlar müxtəlif təhsil müəssisələrində, dövlət və özəl məktəblər, universitetlər və kolleclər, beynəlxalq şirkətlər (reklam, redaktor köməkçisi, müxbir, məsul redaktor, korrektor, prezentasiya mətni yazan, tərcüməçi və s.) kimi sahələrində peşə fəaliyyətlərini qura bilərlər.

Proqramın tərkibi:

Humanitar və sosial elmlər:

- Xarici dil
- Ali məktəb pedaqogikası
- Psixologiya
Seçmə fənn:
1. Fəlsəfə
2. Politologiya

İxtisas-peşə hazırlığı fənləri:

- Tətbiqi dilçilik
- Filologiyanın müasir problemləri
- Filologiyanın tarixi və inkişafı
- Tətbiqi dilçilik
- Nəzəri dilçilik
- Müqayisəli tipologiya və onun tətbiqi metodları
- Diskurs təhlili
- Konqnitiv dilçiliyin əsasları
- Sosiolinqvistika
- İngilis dilinin nəzəri sintaksisi
- Fonologiya


Peşə hazırlığı üçün seçmə fənlər:

- İngilis dilinin nəzəzri morfologiyası
- İngilis dilinin frazeologiyası
- Terminologiyanın əsasları
- İngilis ədəbi dilinin variantları
- İngilis dilinin semasiologiyası
- Bədii ədəbiyyatda üslubi vasitələr
- Semantik təhlil
- Törəmə dilçiliyi
- Mürəkkəb söz yaradıcılığı
- Dilşünaslığın tarixi və metodologiyası