Beynəlxalq münasibətlər və diplomatiya

 

Proqram: Beynəlxalq münasibətlər və diplomatiya üzrə maqistr

Müddət: 2 il

Təhsil forması: əyani

İllik təhsil haqqı: 1900 AZN

Təlim dili: azərbaycan, ingilis və rus dili

 

 

Beynəlxalq münasibətlər və diplomatiya üzrə magistr proqramı - beynəlxalq təşkilatlarda danışıqlar və idarəetmə bacarıqları, diplomatiya tarixi, miqrasiya, regional inteqrasiya, beynəlxalq münasibətlərdə etik məsələlər və ictimai elmlərin metodologiyasına dair biliklərin alınması üzrə təhsil proqramıdır. Magistrantlar ölkələr arasında münasibətləri tədqiq edən, ümumi və çox ətraflı, dövlət, hökumət və qeyri-hökumət təşkilatlarının, akademik və ictimai siyasət, iqtisadiyyat, beynəlxalq hüquq, kulturoloji və bir çox başqa sahələri əhatə edən təhsil proqramıdır.

Magistrant elmi-tədqiqat sahəsi üzrə aşağıdakı peşə vərdişlərinə yiyələnməlidir:

- elmi-tədqiqat və elmi axtarışlar işinin aparılması;

- beynəlxalq münasibətlər elminin inkişafının əsas istiqamətlərinin aspektləri üzrə

müstəqil təhlil aparmaq;

- öz elmi araşdırmalarının nəticələrinin təqdim etmək bacarığı;

- fənlərin ümumi mənzərəsini müstəqil qurmaq;

Magistrantlar mütləq qaydada elmi-pedaqoji təcrübə keçməli və magistr dərəcəsi almaq üçün magistr dissertasiyasını müdafiə etməlidirlər.

Magistr elmi nəzəri prinsip və tədqiqat metodları haqqında ümumi təsəvvürə və dərin biliyə malik olmalı, peşə hazırlığı tələb edən elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalı, peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll etməyi bacarmalıdır.

Proqram uğurla başa çatdıqdan sonra magistrlar dövlət təşkilatları, səfirliklər, nazirliklər və qeyri-hökumət təşkilatları, hüquq, biznes, beynəlxalq təşkilatlar və təhsil strukturlarında da öz peşə fəaliyyətlərini qura bilərlər, eyni zamanda elmi fəaliyyətlərini davam etdirə bilərlər.

Proqramın tərkibi:

Humanitar və sosial elmlər:

- Xarici dil

- Ali məktəb pedaqogikası

- Psixologiya

Seçmə fənn:

1. Fəlsəfə

2. Politologiya

İxtisas-peşə hazırlığı fənləri:

- Diplomatiya nəzəriyyəsi və təcrübəsi
- Beynəlxalq inteqrasiya prosesləri və beynəlxalq təşkilatlar
- Mədəni diplomatiya
- Beynəlxalq müqavilələr: terminlərin və sənədləşmənin xüsusiyyətləri
- Milli təhlükəsizliyin beynəlxalq aspektləri
- Beynəlxalq münasibətlərdə siyasi mədəniyyət
- Qlobal təhkükəsizlik və müasir beynəlxalq konfliktlər

Peşə hazırlığı üçün seçmə fənlər:

- BMT dünya siyasətində
- Beynəlxalqmünasibətlərin proqnozlaşdırılması
- Beynəlxalq münasibətlərin parlamentdə rolu
- Böyük dövlətlərin xarici siyasət strategiyası
- Müasir dövrdə Yaxın və orta Şərq ölkələrinin xarici siyasəti
- Beynəlxalq terrorizmə qarşı mübarizə
- Diplomatik etiket və nitq mədəniyyəti
- Dünya siyasətinin qeyri-dövlət iştirakçıları
- Avropa inteqrasiyasının tarixi
- Türkiyə müasir beynəlxalq münasıbətlər sistemində
- Qərb ölkələrinin Avrasiya siyasəti