Dissertantlıq Yolu ilə yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması

3.1. Dissertanlıq yolu ilə yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması istehsalatdan ayrılmamaqlaelmi dərəcənin alınması üçün təhkim olunmaqla dissertasiya işinin yerin yetirilməsini təmin edir.

3.2.Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant

olmaq hüququna malik deyillər.

3.3. Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq

yolu ilə təhsil almaq hüququna malik deyillər.

3.4. Dissertantlıq yolu ilə təhsil almaq üçünaşağıdakısənədlər təqdim edilir:

·əriz (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

·kadrların şəxsi-qeydiyyat vərəqi;

·tərcümeyi-hal;

·2 ədəd foto şəkil (3x4 sm ölçüdə );

·iş yerindən xasiyyətnamə ;

·əmək kitabçasından çıxarış ;

·çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoruhazırlığıüzrə )

·ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınmasıhaqqında şəhadətnamə);

·şəxsiyyəti təsdiq edən sənədin surəti.

3.5. Universitetin Elmi Şurası müvafiq şöbə və kafedranın təqdimatı əsasında iddiaçının

dissertant təhkim olunması, onun dissertasiya mövzusu , fərdi iş planı və elmi rəhbəri

haqqında qərar qəbul edir.

3.6. Doktoranturada təhsil alan şəxslərin hüquq və vəzifələri dissertanlıq yolu ilə təhsilalan

şəxslərin (doktorantylara da) şamil edilir.

3.7. " Fəlsəfə doktoru” elmi dərəcəsi üzrə dissertantlıq yolu iloə təhsil alan şəxslərin müəyyən

olunmuş qaydada ixtisas fənnindən, fəlsəfə, informatika və xarici dildən, həmçinin ixtisas

uyğunluğu nəzərə alınmaqla, digər fəndən də doktorluq imtahanları verirlər.

3.8. Dissertantlıq yolu ilə təhsilalan hər bir şəxsin elmi rəhbərlərinə qanunvericiliklə

müəyyən edilmiş qaydada əmək haqqı ödənilir.

3.9. Dissertasiya işini tamamlamaq məqsədi ilə dissertant təhkim olunmuş şəxslərə Elmi

Şuranın qərarına əsasən iş yerindən qanunvericiliklə müəyyən edilmiş müddətə yaradıcılıq

məzuniyyəti verilir.