Dizayn üzrə bakalavr dərəcəsi

Proqram: Dizayn üzrə bakalavr

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2300 AZN(bu məbləğ 2 dəfəyə - hər semestr öncəsi ödənilir)

Təlim dili: azərbaycan, rus və ingilis dili

Dizayn incəsənət, elm və texnikanın sintezidir və insanı əhatə edən mühitin istənilən sahəsində özünü büruzə verən yaradıcı fəaliyyətdir. Bir yaradıcılıq fəaliyyəti kimi məqsədi sənaye məmulatlarının struktur və funksional xassələri arasında qarşlıqlı əlaqəni təmin etmək, istehlak xüsusiyyətlərini nəzərə alaraq məmulatı təhlükəsiz, erqonomik, estetik baxımdam cəlbedici etməkdir. Dizayn həm də mühitin vizual və funksional təşkilini rasional şəkildə həll edərək insanın həyatını həmahəng edir.

Dizayn interyer və avadanlıqlar, geyim dizaynı, sənaye dizaynı və qrafikası, landşaft dizaynı, vizual kommunikasiyalar vasitələrinin dizaynı, poliqrafiya məmulatlarının dizaynı və s. üzrə layihələndirmə prosesini əhatə edir.

Universitetdə dizaynerlərin professional hazırlığında təhsilin keyfiyyətinin artırılması məqsədi ilə inteqrativ fənlərin tədrisinə xüsusi diqqət yetirilərək həm mövcud nəzəri və praktiki biliklərdən, həm də seçilmiş istiqamətlər üzrə qabaqcıl dünya universitetlərinin təcrübəsindən istifadə edilir.

Dərəcə əldə etmək üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

Proqramı uğurla başa çatdıran məzunlar elmi mərkəzlərdə,müxtəlif dövlət təşkilatlarında, özəl dizayn şirkətlərində, dizayn studiyalarında və s. fəaliyyət göstərə bilərlər.

Proqramın tərkibi:

Humanitar və sosial fənlər:

-Azərbaycan tarixi

-Xarici dil

-Azərbaycan dili və nitq mədəniyyəti

-Fəlsəfə

-Multikulturalizmə giriş

-Psixologiya

-Mədəniyyətşünaslıq

-Azərbaycan Konstitusiyası və hüququn əsasları

-Etika

İxtisas-peşə hazırlığı fənləri:

-Tərsimi həndəsə və texniki rəsm

-Materialın texnika və texnologiyası

-İncəsənət və dizayn tarixi

-Layihə qrafikası və rəngli kompozisiya

-Marketləşdirmə

-Konstruktivləşdirmənin əsasları

-Erqonomika

-Dizaynın əsasları

-İnformatika və kompüter qrafikası

-Rəsm

-Rəngkarlıq

-Portfolio (layihə prezentasiyasına hazırlıq)

-Mülki müdafiə

Peşə hazırlığı üzrə seçmə fənlər:

-Perspektivanın qurulması

-Arxitektonika

-Layihəndirmənin əsasları

-Mühit dizaynı

-Vizual kommunikasiyalar

-Sistemli dizayn

-Kompüter layihələndirilməsi

-Qrafik dizayn

-Müasir dizaynın problemləri və s.