Dövlət və bələdiyyə idarəetməsi üzrə bakalavr dərəcəsi

Proqram: Dövlət və bələdiyyə idarəetməsi üzrə bakalavr

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2000 AZN (bu məbləğ 2 dəfəyə - hər semestr öncəsi ödənilir)

Təlim dili: azərbaycan, ingilis və rus dili

Dövlət və bələdiyyə idarəetməsi üzrə bakalavr dərəcəsi dövlət strukturlarında işin təşkili və idarəetmə prosesini öyrədən, eyni zamanda karyera inkişafında lazımi olan bilik və bacarıqları aşılayan çoxsahəli tədris proqramıdır. Bu proqram dövlət strukturları və bələdiyyələrdə fəaliyyət göstərmək istəyən şəxslər, menecerlər, inzibati işçilər, xidmət təminatçıları, siyasi analitiklər, sosial xidmət orqanları və digər dövlət və ya qeyri-kommersiya təşkilatlarında işləməyi planlaşdıran şəxslər üçün nəzərdə tutulmuşdur. Tələbələr siyasi elmlər, iqtisadiyyat, menecment və digər sahələrdə təcrübi bilik və praktiki bacarıqlarla təmin olunurlar.

Dərəcə əldə etmək üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

Proqramı uğurla başa çatdıran məzunlar dövlət təşkilatlarında, nazirliklərdə, səfirliklərdə, qeyri-hökumət təşkilatlarında, beynəlxalq təşkilatlarda və s. fəaliyyət göstərə bilərlər.

Proqramın tərkibi:

Humanitar və sosial fənlər:

-Azərbaycan tarixi

-Azərbaycan dili və nitq mədəniyyəti

-Fəlsəfə

-Multikulturalizmə giriş

-Psixologiya

-Mədəniyyətşünaslıq

-Azərbaycan Konstitusiyası və hüququn əsasları

-Etika

İxtisas-peşə hazırlığı fənləri:

-İdarəetmə nəzəriyyələri

-Mikroiqtisadiyyat

-Makroiqtisadiyyat

-Xətti cəbr və riyazi analiz

-Ehtimal nəzəriyyəsi və riyazi statistika

-Ekonometrika

-Dünya iqtisadiyyatı

-Azərbaycan iqtisadiyyatı

-Statistika

-Mühasibat uçotu

-Audit

-Maliyyə

-Bank işi

-Vergilər və vergitutma

-Menecment

-Marketinq

-İnsan resurslarının idarə edilməsi

-İqtisadi informatika

-İnformasiya kommunikasiya texnologiyaları

-İşgüzar yazışmalar

-Ətraf mühitin iqtisadiyyatı

-İqtisadiyyatın tənzimlənməsi

-Dövlət qulluğu

-İnzibati hüquq

-İctimaiyyətlə əlaqələr

-Bələdiyyə idarəçiliyi

-Dövlət idarəetmə nəzəriyyəsi

-Dövlət qulluğu etikası

-Mülki müdafiə

Peşə hazırlığı üzrə seçmə fənlər:

-Xüsusi xarici dil

-E-idarəetmə

-Standartlaşdırma və keyfiyyətin idarə olunması

-Xarici ölkələrdə dövlət və bələdiyyə idarəetməsi təcrübəsi

-Əməyin iqtisadiyyatı və təşkilinin əsasları

-İş yerlərinin attestasiyasının təşkili

-ETT-nin idarə olunması

-Layihələrin idarə olunması

-Dövlətin investisiya siyasəti

-İdarəetmə qərarlarının qəbulu və s.