İqtisadiyyat üzrə bakalavr dərəcəsi

Proqram: İqtisadiyyat üzrə bakalavr

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani və qiyabi

İllik təhsil haqqı: əyani 2000 AZN və qiyabi 1400 AZN(bu məbləğ 2 dəfəyə - hər semestr öncəsi ödənilir)

Təlim dili: azərbaycan, ingilis və rus dili

İqtisadiyyat üzrə bakalavr dərəcəsi proqramı tələbələrə ehtiyac dövründə əlaqədar təşkilati strukturlarla birlikdə resursların bölüşdürülməsi, mühafizəsi və istehsalatını sistemli şəkildə öyrədən çoxsahəli əyani tədris proqramıdır. Proqrama iqtisadi nəzəriyyə, mikro və makro iqtisadiyyat, dünya iqtisadiyyatı və Azərbaycan iqtisadiyyatı, maliyyə və audit, bank işi və menecment daxildir. İqtisadiyyat üzrə bakalavr proqramının məqsədi tələbələri müasir cəmiyyətin iqtisadi aspektləri və çağdaş iqtisadi problemlərin təhlil metodları ilə tanış etməkdir.

Tələbələr analitik və riyazi bacarıqlarını, eləcə də tənqidi təfəkkürü inkişaf etdirəcəklər. Əsas diqqət maliyyə və pul problemlərinin həllinə yönəlib.

Dərəcə əldə etmək üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

Proqramı uğurla bitirən tələbələr beynəlxalq şirkətlər, maliyyə idarələri, bank, sığorta şirkətləri, sığorta və auditor firmalarında fəaliyyətgöstərə bilərlər.

Proqramın tərkibi:

Humanitar və sosial elmlər:

-Azərbaycan tarixi

-Xarici dil

-Azərbaycan dili və nitq mədəniyyəti

-Fəlsəfə

-Politologiya

-Psixologiya

-Mədəniyyətşünaslıq

-Sosiologiya

-Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları

-Etika

İxtisas-peşə hazırlığı fənləri:

-İqtisadiyyata giriş

-Mikroiqtiadiyyat

-Makroiqtisadiyyat

-Xətti cəbr və riyazi analiz

-Ehtimal nəzəriyyəsi və riyazi statistika

-Ekonometrika

-Dünya iqtisadiyyatı

-Azərbaycan iqtisadiyyatı

-Statistika

-Mühasibat uçotu

-Audit

-Maliyyə

-Bank işi

-Vergilər və vergitutma

-Menecment

-Marketinq

-İnsan resurslarının idarə edilməsi

-İqtisadi informatika

-İnformasiya kommunikasiya texnologiyaları

-İşgüzar yazışmalar

-Ətraf mühitin iqtisadiyyatı

-Sosial sahələrin iqtisadiyyatı

-Firmanın iqtisadiyyatı

-Aqrar iqtisadiyyat

-Qiymət və qiymətləndirmə

-İqtisadi hüquq

-İqtiadiyyatın tənzimlənməsi

-İqtisadi fikir tarixi

-Mülki müdafiə

Peşə hazırlığı üzrə seçmə fənlər:

-Qiymətli kağızlar

-İşgüzar ingilis dili

-Milli iqtisadiyyat

-Biznes-plan

-Təbiətdən istifadənin iqtisadiyyatı

-Transmilli korporasiyalar

-Layihə menecmenti

-Büdcə sistemi

-Riyazi məntiqi məsələlər

-Loqistika və s.