Ədəbiyyatşünaslıq (Amerika və Böyük Britaniya)

Proqram: Ədəbiyyatşünaslıq (Amerika və Böyük Britaniya) üzrə maqistr

Müddət: 2 il

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2000 AZN 

Təlim dili: azərbaycan, ingilis və rus dili

 

Ədəbiyyat üzrə magistr proqramı magistrantlara tarixi mənbələrin, ədəbi tənqidin, tarix və dilçiliyin dərindən öyrənilməsi üçün təqdim olunan təhsil proqramıdır. Qabaqcıl ədəbi tədqiqatların öyrənilməsi, magistrantlara dünyanın ən müasir ideyaları və yaradıcılıq konsepsiyaları ilə tanış olmaq, yenidən maraq doğuran klassik əsərləri təhlil edib,müxtəlif janrlarda yazılmış müasir əsərlərin interpretasiyası ilə tanış olmaq imkanı yaradır.Bu mürəkkəb və stimullaşdırıcı intellektual məsələ, magistrantlara çətin məlumatların təhlili ilə yanaşı, həm də onların ehtimallara yol verməmək, ziddiyətli fikirləri müqayisə edərək, effektiv nəticə əldə etmək qabiliyyətini yaxşılaşdırır

Magistrant elmi-tədqiqat sahəsi üzrə aşağıdakı peşə vərdişlərinə yiyələnməlidir:

- elmi-tədqiqat və elmi axtarışlar işini aparmaq;

- Filologiya elminin inkişafının əsas istiqamətlərinin müxtəlif aspektləri üzrə müstəqil təhlil aparmaq;

- öz elmi araşdırmalarının nəticələrini təqdim etmək;

- fənlərin ümumi mənzərəsini müstəqil qurmaq;.

- elektron kitabxanalardan, referativ jurnallardan ixtisasın aktual elmi-texniki məlumatlarını
əldə etmək;

 

- tədris, təlim və ya digər üsullarla öz biliklərini başqasına ötürməyi bacarmaq.

Magistrantlar mütləq qaydada elmi-pedaqoji təcrübə keçməli və magistr dərəcəsi almaq üçün magistr dissertasiyasını müdafiə etməlidirlər.

Magistr nəzəri prinsip və tədqiqat metodları haqqında hərtərəfli geniş təsəvvürə və dərin biliyə malik olmalı, peşə hazırlığı tələb edən elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalı, peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll etməyi bacarmalıdır.

Proqram uğurla başa çatdıqdan sonra magistrlar elm və təhsil müəssisələrində, elmi-tədqiqat institutlarında, özəl və ictimai təşkilatlarda öz peşə fəaliyyətlərini qura bilərlər,eyni zamanda elmi fəaliyyətlərini davam etdirə bilərlər.

 

Proqramın tərkibi:

Humanitar və sosial elmlər:

- Xarici dil

- Ali məktəb pedaqogikası

- Psixologiya

Seçmə fənn:

1. Fəlsəfə

2. Politologiya

 

İxtisas-peşə hazırlığı fənləri:

- Qədim dövrün ədəbiyyat tarixi
- Orta əsrlərin və intibah dövrünün ədəbiyyat tarixi
- XVII-XVIII əsrlər ədəbiyyat tarixi
- XIX əsrin ədəbiyyat tarixi
- XX əsrin ədəbiyyat tarixi
- Azərbaycan-İngilis ədəbi əlaqələri
- İngilis dramaturgiyası
- Poeziya və dramaturgiyanın elementləri
- Romantizm ədəbi cərəyanının yaranması və inkişaf mərhələləri

Peşə hazırlığı üçün seçmə fənlər:

- Şekspirşünaslığın tarixi və əsas cərəyanları
- Britaniya və ABŞ ədəbiyyatın din tarixinin təcəssümü
- Postomodernizm və multikulturalizm
- XX əsrdə İngilis və Amerikan ədəbiyyatında hekayə janrı
- XX əsr ABŞ ədəbiyyatında innovasiya
- İngilis və ABŞ ədəbiyyatında orientalizm
- Modernizm XX əsrdə bədii yaradıcılığının yeni modeli kimi
- Ədəbiyyatda gender problemləri
- Narratologiya
- İntibah dövrü mətnlərində humanism.