Ekologiya mühəndisliyi üzrə bakalavr dərəcəsi

Proqram: Ekologiya mühəndisliyi üzrə bakalavr

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2000 AZN (bu məbləğ 2 dəfəyə - hər semestr öncəsi ödənilir)

Təlim dili: azərbaycan, ingilis və rus dili

Proqramın məqsədi

Ekologiyamühəndisliyi ixtisası üzrə proqramın məqsədi ekologiya mühəndisliyi sahəsində yüksək səviyyəli mütəxəssisi hazırlamaqdan ibarətdir. Bu məqsədlə tədris planına əsasən tələbələr yeni texnosferin formalaşdırılması, texniki yeniliklərin sosial-ekoloji müstəvidə qiymətləndirilməsi, onların biosfer qanunlarına uyğun olmasının müəyyənləşdirilməsi, kainatın öyrənilməsi, fizikada nəzəri və təcrübi metodların istifadəsi, təbiət elmlərində fundamental sabitlər, simmetriyanın və enerjinin saxlanması prinsipləri, atom molekul nəzəriyyəsinin quruluşu, maddələrin təyini və kimyəvi müəyyən olunması metodları haqqında biliklərə malik olacaqlar. Tələbələr üçün eyni zamanda layihə sənədlərinin və qrafiki işlərin aparılması, texniki sxemlərin və cizgilərin tərtibat qaydaları, müasir proqramlardan istifadə qaydaları, neft-kimya istehsalında yaranan tullantıların təsnifat məsələləri, qapalı su təchizatı sistemlərinin yaradılması, ətraf mühitin mühafizəsi, qaz tullantılarının zərərsizləşdirilməsi, müxtəlif ehtiyatlardan səmərəli istifadə olunması və onların bərpası prinsipləri, ekoloji ekspertiza və s. tədris olunacaqdır.

Proqram çərçivəsində tələbələrin keçəcəyi xüsusi fənlər

Ekologiyada müasir sistemlərə əsasən obyekt və hadisələrin modelləşdirilməsi ən vacib məsələdir. Tələbələr modelləşdirmənin fəlsəfəsini öyrənməklə ekoloji mühəndislik sahəsində müasir tələblərə cavab verən mütəxəssis olacaqlar. İxtisas üzrə də ən müasir proqram təminatları tədris ediləcəkdir. Bunların sırasında ArcGIS, QGIS və s. proqramlar vardır. Tələbələrə CAD fənləri də tədris ediləcək ki, bu da ekoloji layihələrin işlənilməsində mühüm əhəmiyyət kəsb edir. Proqrama uyğun olaraq Ekologiya mühəndisliyi üzrə aşağıdakı xüsusi fənlər tədris ediləcəkdir.

İnformatika və ekoloji proseslərin kompüter analizi, Ümumi ekologiya, Ətraf mühitə təsirlərin qiymətləndirilməsi, Radioekologiya, Ətraf mühitin kimyası, Ekologiya mühəndisliyi, Ekoloji monitorinq, Ekoloji ekspertiza və layihələndirmənin əsasları, Tullantısız istehsal prosesləri, tullantıların təkrar emalı, Məsafədən zondlamanın fiziki əsasları, Meliorasiya və rekultativ işin ekoloji əsasları, Qeyri üzvi kimya, Ekoloji modelləşdirmə, Kartoqrafiya, Coğrafi İnformasiya Sistemlərinin ekoloji proseslərin öyrənilməsində tətbiqi və s.

Laboratoriya haqqında

Ekologiya mühəndisliyi üzrə tələbələrin təcrübə keçmələri üçün Ekoloji Səyyar və Geomatika laboratoriyaları yaradılmışdır. Laboratoriyalarmüasir avadanlıqlarla təchiz olunmuşdur.

Karyera imkanları

Proqramı uğurla başa çatdıran məzunlar müxtəlif dövlət təşkilatlarında, nazirliklərdə, beynəlxalq və yerli layihələrdə, beynəlxalq mərkəzlərdə, qeyri-hökumət təşkilatlarında, layihə şirkətlərində, dənizçilik və balıq sənayesində, tədqiqat laboratoriyalarında və s. fəaliyyət göstərə bilərlər.