Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi üzrə bakalavr dərəcəsi

Proqram: Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi üzrə bakalavr

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2000 AZN (bu məbləğ 2 dəfəyə - hər semestr öncəsi ödənilir)

Təlim dili: azərbaycan, ingilis və rus dili

Əmək bazarının maraqlı sahələrindən biri də məhz Elektronika, Telekommunikasiya və Radiotexnika mühəndisliyidir ki, bu istiqamətdə də fakültədə ciddi işlər aparılıb. Təhsilin keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə bu istiqamətdə yeni laboratoriya açılıb. Tələbələr laboratoriyanın və ümumilikdə fakültənin geniş imkanlarından istifadə etməklə müasir texnologiyaları öyrənəcək, kompüter texnikası və proqram­laş­dırma, alqoritmləşdirmə, elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi sahəsinin element və qurğuları, inteqral texnologiyası, mikroelektronika və onun məhsulları, telekommunikasiya şəbəkələri və sistemlərinin infrastrukturu, elektronika, telekommunikasiya və radiotexnika sistemlərində istifadə edilən müasir ölçmə metodları və vasitələri, ölçmə nəticələrinin işlənməsi alqoritmləri və metodları, elektronika, telekommunikasiya və radiotexnika sistemlərində informasiyanın alınması, işlənməsi və ötürülməsi, telekommunikasiya və radiotexnika sistemlərinin intelektual idarə olunmasında müasir proqram kompleksləri, o cümlədən İNTERNET texnologiyaları, mikroprosessor və mikrokontroller texnikasının elektronikası, telekommunikasiya və radiotexnika sistemlərinin tətbiqi və s. haqqında biliklərə malik olacaqlar. Tədris proqramı, həm nəzarət sistemlərini, radio tezliyi, elektrik enerjisini, həm də mikrosistemləri və bu kimi mühəndsilik sahələrini özündə əks etdirir.

Dərəcə əldə etmək üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

 

Proqramı uğurla başa çatdıran məzunlar elmi-tədqiqat institutlarında, İT şirkətlərdə, həmçinin texnoloji sistemlər istismar olunan müəssisələrdə və s. çalışa bilər.

Humanitar və sosial fənlər:

-Azərbaycan tarixi

-Azərbaycan dili və nitq mədəniyyəti

-Fəlsəfə

-Multikulturalizmə giriş

-Psixologiya

-Mədəniyyətşünaslıq

-Azərbaycan Konstitusiyası və hüququn əsasları

-Etika

İxtisas-peşə hazırlığı fənləri:

-Riyaziyyat

-Fizika

-Mühəndis qrafikası

-İnformatika

-Həyat fəaliyyətinin təhlükəsizliyi

-Elektrik dövrələrinin nəzəri əsasları

-İstehsalın iqtisadiyyatı və menecmenti

-Elektronikanın əsasları

-Elektron sistemləri və texnologiyaları

-Analoq və rəqəmli elektronika

-Mikroprosessorlu sistemlər

-Telekommunikasiya şəbəkələri və sistemlərinin qurulmasının əsasları

-Sxemotexnikanın əsasları

-Elektrik rabitə nəzəriyyəsi

-Elektrik ölçmələri və vasitələri

-Kommunikasiya sistemləri

-Naqilsiz rabitə texnologiyaları

-Elektrodinamika və radidalğaların yayılması

-Elektrik qida qurğuları

-Siqnallar və sistemlər

-Radioverici, radioqəbuledici və antena qurğuları

-Təsvirlərin qəbulu, emalı və ötürülməsi nəzəriyyəsi

-Radioelektron qurğuların layihələndirilməsi

-Mülk müdafiə

Peşə hazırlığı üzrə seçmə fənlər:

-Xüsusi xarici dil

-Neyrokompüterlər

-Kompüter qrafikası və multimedia

-Veb proqramlaşdırılması

-Vizual proqramlaşdırma

-CİS sistemlər

-Riyazi məntiqi məsələlər

-Optik informasiya sistemləri və s.