Fəlsəfə üzrə bakalavr dərəcəsi

Proqram: Fəlsəfə üzrə bakalavr


  • Müddət: 4 il
  • Kredit: 240
  • Təhsil forması: əyani
  • İllik təhsil haqqı: 2300 AZN (bu məbləğ 2 dəfəyə - hər semestr öncəsi ödənilir)
  • Təlim dili: azərbaycan, rus və ingilis dili

NİYƏ FƏLSƏFƏ İXTİSASI?

Fəlsəfə üzrə bakalavr dərəcəsi Qərb və Şərq sivilizasiyalarının formalaşdırdığı fəlsəfəni araşdıran, eyni zamanda tənqidi təfəkkürü və şəxsi fəlsəfi baxışı təlqin edən çoxsahəli əyani tədris proqramıdır. Tələbələr fəlsəfə sahəsinin dərinliklərinə yiyələnərkən ənənəvi humanitar fənlər üzrə də geniş bilik sahibi olurlar. Təhsil kursu tələbələrə tənqidi oxu, analitik təfəkkür, ideyaların aydın və səlis ifadə edilməsi istiqamətində lazımi bacarıqları aşılayır.

Tələbələr sosial fəlsəfə, ontologiya,  idrak nəzəriyyəsi, etika, estetika, fərdi azadlıq və məsuliyyət kimi sahələrdə dərin nəzəri bilik və praktiki vərdişlər qazanırlar.

Dərəcə almaq üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

Proqramı uğurla başa çatdıran məzunlar elmi-tədris mərkəzləri, beynəlxalq şirkətlər, məktəblərdə və s. fəaliyyət göstərə bilərlər.


Proqramın tərkibi:

Humanitar və sosial elmlər:

  • Azərbaycan tarixi
  • Azərbaycan dili və nitq mədəniyyəti
  • Psixologiya
  • Mədəniyyətşünaslıq
  • Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları

İxtisas-peşə hazırlığı fənləri:

  • İnformatika
  • Müasir təbiətşünaslıq konsepsiyası
  • Politologiya
  • Sosiologiya
  • Ontologiya və idrak nəzəriyyəsi
  • Sosial fəlsəfə
  • Məntiq
  • Pedaqoqika
  • Uzaq Şərqdə fəlsəfənin təşəkkülü və inkişafı
  • Din fəlsəfəsi
  • Etika
  • Psixologiya
  • Arqumentasiya nəzəriyyəsi
  • Antik dövrdə və orta əsrlərdə Avropa fəlsəfəsi
  • İslam bölgəsində fəlsəfi fikrin formalaşması və inkişafı
  • Yeni dövr Avropa fəlsəfəsi
  • Müasir fəlsəfə: Şərq və Qərb özünəməxsusluğu
  • Estetika
  • Şəxsiyyətin azadlığı və məsuliyyəti
  • Genderin fəlsəfi problemləri
  • Fəlsəfə və elmin metodologiyası
  • Azərbaycan fəlsəfə tarixi
  • Mülki müdafiə

Peşə hazırlığı üzrə seçmə fənlər:

  •  İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi
  • Qnoseologiya və elmin metodologiyası
  • Siyasətin fəlsəfəsi
  • Azərbaycanda milli hərəkat, ideyaların yaranması və təkamülü
  • Heydər Əliyev və Azərbaycanda elmin inkişafı
  • Sosial tərəqqinin fəlsəfi problemləri
  • Müasir fəlsəfi problemlər
  • Etikanın nəzəri və tətbiqi problemləri
  • İctimai proseslərdə dinin sosial rolu
  • Alman klassik fəlsəfəsi
  • Estetikanın nəzəri və tətbiqi problemləri
  • İnsan hüquqları fəlsəfəsi
  • İslam və onun ictimai-siyasi həyatda rolu
  • Fəlsəfə və müasir şüur və s.