Filologiya (Azərbaycan dili və ədəbiyyatı) üzrə bakalavr dərəcəsi

Proqram: Filologiya (Azərbaycan dili və ədəbiyyatı) üzrə bakalavr

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2400 AZN (bu məbləğ 2 dəfəyə - hər semestr öncəsi ödənilir)

Təlim dili: azərbaycan dili

Azərbaycan dili xalqımızın milli dili, müstəqil Azərbaycan Respublikasının rəsmi dövlət dilidir. Bu dil əsrlərin sınağından keçərək inkişaf edib zənginləşmiş və hal-hazırda respublikamızın ictimai-siyasi, mədəni və iqtisadi həyatının bütün sahələrində geniş istifadə olunur. Respublikanın təhsil müəssisələrində Azərbaycan dilinin öyrədilməsi və tədrisi prosesinin yüksəldilməsi, mütərəqqi üsulların tədris prosesinə tədbiq edilməsi mühüm məsələlərdən biridir.

Proqram çərçivəsində tələbələr Azərbaycan ədəbiyyatı, onun şifahi və yazılı qolu, klassiklərin həyat və yaradıcılığı, folklor və yazılı ədəbiyyat ilə tanış olur, ən qədim dövrdən başlayaraq günümüzədək ədəbiyyatın keçdiyi inkişaf yollarını öyrənirlər.

Dərəcə almaq üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

Proqramı uğurla başa çatdıran məzunlarmüxtəlif təhsil müəssisələrində, müşavirliklərdə, kütləvi informasiya mərkəzlərində, beynəlxalq şirkətlərdə ixtisaslarına uyğun olaraq müəllim, müxbir, redaktor, baş redaktor, texniki yazıçı və s. kimi fəaliyyət göstərə bilərlər.

Proqramın tərkibi:

Humanitar və sosial fənlər:

-Xarici dil

-Fəlsəfə

-Multikulturalizmə giriş

-Mədəniyyətşünaslıq

-Azərbaycan Konstitusiyası və hüququn əsasları

-Etika

İxtisas-peşə hazırlığı fənləri:

-Dilçiliyə giriş

-Ədəbiyyatşünaslığa giriş

-Türkologiyaya giriş

-İnformatika

-Müasir Azərbaycan dili (fonetika)

-Müasir Azərbaycan dili (leksikologiya)

-Müasir Azərbaycan dili (morfologiya)

-Müasir Azərbaycan dili (sintaksis)

-Azərbaycan dialektologiyası

-Azərbaycan dilinin tarixi qrammatikası

-Azərbaycan ədəbi dil tarixi

-Azərbaycan şifahi xalq ədəbiyyatı

-XIII əsrə qədərki Azərbaycan ədəbiyyatı

-XIII-XVIII əsrə qədərki Azərbaycan ədəbiyyatı

-XIX əsrə qədərki Azərbaycan ədəbiyyatı

-1900-1920-ci illər Azərbaycan ədəbiyyatı

-Müasir dövr Azərbaycan ədəbiyyatı

-Dünya ədəbiyyatı (Klassik dövr)

-Dünya ədəbiyyatı (Yeni dövr)

-Türk xalqları ədəbiyyatı

-Qədim türk dili

-Ölkəşünaslıq

-Psixologiya

-Ümumi dilçilik

-Ədəbiyyat nəzəriyyəsi

-Azərbaycan dilinin üslubiyyəti və nitq mədəniyyəti

-Mülki müdafiə

Peşə hazırlığı üzrə seçmə fənlər:

-Əski Azərbaycan yazısı

-Divan ədəbiyyatının poetikası

-Azərbaycan ədəbiyyatında ədəbi məktəblər

-Azərbaycan mifologiyası

-Bədii mətnin linqvistik təhlili

-Linqvistik tipologiya

-Müqayisəli qrammatika

-Azərbaycan ədəbi tənqid tarixi

-Azərbaycan dramaturgiyası

-Orta əsrlər Azərbaycan yazılı abidələrinin dili və s.