Filologiya və tərcümə məktəbi


Kafedralar

Kürsülər

Azərbaycan dili və ədəbiyyatı kafedrası

Ədəbiyyat kürsüsü

Dil kürsüsü

İngilis dili və ədəbiyyatı kafedrası

Ədəbiyyat kürsüsü

Dil kürsüsü

İngilis dili Mərkəzi

Tərcümə kafedrası

Dil hazırlığı kafedrası


Məktəb 1996-cı ildən "Qərb dilləri” fakültəsi adı ilə fəaliyyətə başlayıb. Fakültədə Filologiya (ingilis dili və ədəbiyyatı), Tərcümə (ingilis, alman, fransız) ixtisasları üzrə mütəxəssis hazırlığı aparılıb. 2017-ci ildən fakültə Filologiya və Tərcümə məktəbi kimi fəaliyyətini davam etdirir. 


Fakültənin vəzifəsi yüksək ixtisaslı filoloqlar, o cümlədən xarici dil və ədəbiyyatı mütəxəssisləri vəpeşəkar tərcüməçilər hazırlamaqdan ibarətdir. Fakültənin əsas məqsədi tələbələrə xarici dilləri və ədəbiyyatı tədris etməkdir. Fakültə peşəkar filoloq və tərcüməçilərin hazırlanmasında dünya standartlarına uyğun tədris proqramlarından və ən müasir texnologiya imkanlarından istifadə edir. Fakültənin əsas istiqaməti xarici dil və ədəbiyyat sahəsində filoloq, o cümlədən ictimai və siyasi əlaqələrin inkişaf etdiyi bir dövrdə respublika üçün daha vacib olan biznes, menecment, politologiya, sosiologiya və hüquq sahələri üzrə tərcüməçi hazırlamaqdan ibarətdir.

Fakültədə ümumilikdə 9 dil tədris olunur: Azərbaycan, ingilis, alman, fransız, rus, latın, çin, ispan, fin dilləri. Tələbələrin dil qabiliyyətini təkmilləşdirmək məqsədilə dil daşıyıcıları olan xarici mütəxəssislər dəvət olunur.

Universitetin akademik tədris proqramları ABŞ, Böyük Britaniya, Almaniya və başqa ölkələrin bir çox ali tədris müəssisələri tərəfindən qəbul edilib və Azərbaycan Respublikası Təhsil Nazirliyinin standartlarına uyğundur. Bu proqramların beynəlxalq standartlara da uyğun olması xarici tələbələrin də universitetdə təhsil almasına imkan yaradır.

Hal-hazırda aşağıdakı ixtisaslar üzrə mütəxəssis hazırlığı aparılır:

Bakalavr səviyyəsi üzrə:

- Filologiya (ingilis dili və ədəbiyyatı);

- Tərcümə (ingilis, alman, fransız);

- Filologiya (Azərbaycan dili və ədəbiyyatı)

Magistratura səviyyəsi üzrə:

- Tərcümə

-  Dilşünaslıq

-  Ədəbiyyatşünaslıq

Doktorantura və dissertantura səviyyəsi üzrə:

- German dilləri

- Dünya ədəbiyyatı