Filologiya (ingilis dili və ədəbiyyatı) üzrə bakalavr dərəcəsi

Proqram: Filologiya (ingilis dili və ədəbiyyatı) üzrə bakalavr

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2400 AZN (bu məbləğ 2 dəfəyə - hər semestr öncəsi ödənilir)

Təlim dili: ingilis dili

Filologiya (ingilis dili və ədəbiyyatı) üzrə bakalavr dərəcəsi dilin fonetika, qrammatika, etimologiya, leksikologiya, üslubiyyat və ədəbiyyatını sahələrini öyrədən çoxsahəli tədris proqramıdır. Proqram çərçivəsində tələbələr səlis ingilis dilində öz fikirlərini izah etmək bacarıqlarına nail olurlar. Tədris zamanı Britaniya, Amerika, eləcə də dünya ədəbiyyatının müxtəlif mərhələləri, ədəbi tənqid və dilçiliyin tədrisi ilə yanaşı dilin yazılı tarixi mənbələr əsasında öyrənilməsinə xüsusi diqqət ayrılır. Tələbələr ədəbi mətnlərin və yazılı ifadələrin öyrənilməsi, onların orijinal və həqiqi formalarının bərpası, mənalarının təyin edilməsi istiqamətində dərin nəzəri bilik və təcrübi bacarıqlarla təmin olunurlar.

Dərəcə əldə etmək üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

Proqramın tərkibinə daxil olan hazırlıq fənnləri :

Dilçiliyə giriş, Şekspirşünaslıq, dünya ədəbiyyatı, ölkə ədəbiyyatı, ölkəşünaslıq, dil praktikası, praktik qrammatika, praktik fonetika, ixtisas dilinin yazı və oxu vərdişləri, eşidib anlama və nitq, dil tarixi.

İstifadə olunun laborator imkanlar:

Lingofon apparatı, proyektorlar, noutbuklar, magnitofonlar.

Karyera imkanları:

Proqramı müfəvvəqiyyətlə bitirən məzunlar müxtəlif təhsil müəssisələrində, kütləvi informasiya mərkəzlərində, beynəlxalq şirkətlərdə ixtisaslarına uyğun olaraq müəllim, tərcüməçi, müxbir, redaktor, baş redaktor, texniki yazıçı və s. kimi fəaliyyət göstərə bilərlər.