Maliyyə üzrə bakalavr dərəcəsi

 

Proqram: Maliyyə üzrə bakalavr

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2000 AZN(bu məbləğ 2 dəfəyə - hər semestr öncəsi ödənilir)

Təlim dili: azərbaycan, ingilis və rus dili

Maliyyə üzrə bakalavr dərəcəsi proqramı tələbələrə maliyyə təhlilini və maliyyə menecmentinin problemlərini öyrədən çoxsahəli əyani tədris proqramıdır. Tələbələr maliyyə sahəsində çalışmaq üçün lazım olan əsas bacarıqları əhatələyən texniki və nəzəri biliklərin kombinasiyası ilə tanış olacaqlar. Bu proqram statistika, iqtisadiyyat və riyaziyyatı əhatə edir, çünki onlar maliyyəni anlamaq üçün ən əsas sahələrdir. Xarici dillərin öyrənilməsinə də xüsusi diqqət yetirilir.

Proqram həmçinin uçot, audit, bank işi və vergilər, büdcə, əmlak uçotu, maliyyə bazarı, investisiya və s. kimi maliyyənin əsas yarımsahələrini əhatə edir. Bu isə tələbələrə elmi və iş fəaliyyətlərinin inkişafı üçün həlledici rol oynayan dərin analitik biliklər qazandırır.

Dərəcə almaq üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

Proqramı uğurla bitirən məzunlar maliyyə bazarında fəaliyyət göstərən milli və beynəlxalq şirkətlərdə, bank, konsaltinq şirkətləri, sığorta təşkilatları və səhmdar cəmiyyətlərdə fəaliyyət göstərə bilərlər.

Proqramın tərkibi:

Humanitar və sosial elmlər:

-Azərbaycan tarixi

-Xarici dil

-Azərbaycan dili və nitq mədəniyyəti

-Fəlsəfə

-Politologiya

-Psixologiya

-Mədəniyyətşünaslıq

-Sosiologiya

-Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları

-Etika

İxtisas-peşə hazırlığı fənləri:

-İqtisadiyyata giriş

-Mikroiqtisadiyyat

-Makroiqtisadiyyat

-Xətti cəbr və riyazi analiz

-Ehtimal nəzəriyyəsi və riyazi statistika

-Ekonometrika

-Dünya iqtisadiyyatı

-Azərbaycan iqtisadiyyatı

-Statistika

-Mühasibat uçotu

-Audit

-Menecment

-Marketinq

-İnsan resurslarının idarə edilməsi

-İqtisadi informatika

-İnformasiya kommunikasiya texnologiyaları

-Ətraf mühitin iqtisadiyyatı

-İşgüzar yazışmalar

-İqtisadiyyatın tənzimlənməsi

-Maliyyə

-Bank işi

-Vergilər və vergitutma

-Sığorta işi

-Maliyyə nəzarəti və auditi

-Pul və banklar

-Vergi inzibatçılığı

-Büdcə və xəzinə uçotu

-Maliyyə bazarları

-Mülki müdafiə

Peşə hazırlığı üzrə seçmə fənlər:

-İşgüzar ingilis dili

-Aktuar hesablamalar

-Məhsuldar qüvvələrin yerləşdirilməsi

-Loqistika

-Transmilli korporasiyalar

-Sosial iqtisadi inkişafın proqnozlaşdırılması

-Beynəlxalq bazarlar

-Riyazi məntiqi məsələlər

-Beynəlxalq maliyyə, valyuta və kredit münasibətləri

-Sahibkarlıq fəaliyyəti

-İnvestisiya menecmenti və s