Doktorantların Hazırlığı

Doktoranturaya qəbul üçünaşağıdakısənədlər təqdim edilir:

·ərizə (rektorun adına);

·kadrların şəxsi-qeydiyyat vərəqi;

·tərcümeyi-hal;

·2 ədəd foto şəkil (3x4 sm ölçüdə );

·işyerindən xasiyyətnamə ;

·işstajı olanlar üçün əmək kitabçasından çıxarı ;

·çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

·ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdətəhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə );

·şəxsiyyəti təsdiq edən sənədin surəti.

2.1. Doktoranturanın tam kursunu bitirən şəxs eyni ixtisas üzrə təkrarən doktoranturaya qəbul

oluna bilməz.

2.2.Sənədlərin qəbulu forması, qaydaları, qəbul planı və imtahanların keçirilmə müddəti haqqında kütləvi informasiya vasitələrində Universitettərəfindən müvafiq elan verilir.

2.3.Doktoranturaya qəbul ali təhsil müəssisələri tərəfindən müəyyən edilən müddətlərdəhər il keçirilir.

2.4.Sənədlərin qəbulu üçün Universitetin elmi işlərüzrə prorektorunun sədrliyi ilə qəbul komissiyası yaradılır.Qəbul komissiyası fakültə, kafedra, şöbə, bölmə, laboratoriyarəhbərlə-rindən, aparıcı əməkdaşlardan və bir qayda olaraq, doktorantların nəzərdə tutulan rəhbərlərindən təşkil olunmalıdır.

2.5.Doktoranturaya qəbul olmaq istəyənşəxslərin ixtisasuyğunluğuqəbul komissiyası tərəfindən müəyyən edilir.

2.6.Doktoranturaya qəbul olmaq istəyənşəxslə nəzərdə tutulan elmi rəhbər müsahibə keçirir və rəhbərliyi həyata keçirmək barədə razılıq vəya imtina qərarınıyazılı surətdə qəbul komissiyasına təqdim edir. imtinaolunduğuhalda digər elmi rəhbər təklif edilir.

2.7.Qəbul komissiyası nəzərdətutulan rəhbərin rəyi və təqdim edilən digər sənədlərəsasında imtahanlara buraxılmaq haqqında qərar qəbul edir və bu barədə bir həftədən gec olmayaraq iddiaçıya bildiriş göndərir.

2.8.Doktoranturaya qəbul olmaq istəyənləraşağıdakıfənlər üzrə qəbul imtahanları verirlər:

·ixtisas fənni,

·Xarici dil (rus dili istisna olmaqla, seçim sərbəstdir);

·Fəlsəfə (magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində )

2.9.Qəbul imtahanlarını keçirmək məqsədi ilə Universitetdə müvafiq fənlər üzrə imtahan komissiyaları yaradılır.

2.10.İxtisas fənnindən qəbul imtahanını doktoranturanın fəaliyyət göstərdiyi Universitet rektoru tərəfindən yaradılan komissiya həyata keçirir. Komissiyanın tərkibində müvafiq ixtisas üzrə ən azı iki elmlər doktoru və ya professor olmalıdır. Nəzərdə tutulan rəhbərlər də komissiyanın üzvü ola bilərlər.

2.11.Bərabər ballar toplandığı halda, müsabiqədə ixtisas fənnindən daha yüksək qiymət alan və çap edilmiş elmi əsərləri olan şəxslərə üstünlük verilir.