İqtisadiyyatın hüquqi tənzimlənməsi

Proqram: İqtisadiyyatın hüquqi tənzimlənməsi üzrə maqistr


Müddət: 2 il

Təhsil forması: əyani

İllik təhsil haqqı: 1900 AZN

Təlim dili: azərbaycan, ingilis və rus dili

İqtisadiyyatın hüquqi tənzimlənməsi üzrə magistr proqramı- hüquq, politologiya və institusional iqtisadiyyat araşdırmaları əsasında toplanan təhsil proqramıdır. Proqramın əsas diqqəti iqtisadiyyatın qanunvericilik və məhkəmələrin institusional aspektləri, özünəməxsus yanaşma qaydaları, normativ bürokratik və maraq qruplarılarına yönəlmişdir.

Magistrant elmi-tədqiqat sahəsi üzrə aşağıdakı peşə kompetensiyalarına yiyələnməlidir:

-mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq istənilən istehsal, sosial-mədəni və xidmət sahələri, təşkilatlar, firma, müəssisələrdə, habelə, iqtisa­di bloka daxil olan milli və beynəlxalq qurumlarda, nazirliklərdə, şirkətlərdə sosial-iqtisadi proseslərin təşkili, idarə olunması və tənzimlənməsi ilə bağlı nəzəri-metodoloji, habelə analitik iş metoduna və ümumən sistemli biliyə malik olmalıdır;

-elmi-tədqiqatların aparılmasının iş planı və proqramlarının işlənməsini həyata keçirmək, fərdi və tədqiqat qrupları üçün tapşırıqlar hazırlamaq qabiliyyəti;

-peşə istiqamətinə uyğun olaraq öz fəaliyyətini elmi əsaslarla təşkil etmək, təhlil etmək, nəticələr çıxarmaq, əldə olunan məlumatları kompüter üsulu ilə işləmək qabiliyyəti;

-milli iqtisadiyyatın ayrı-ayrı sahə və sferalarının inkişafı, proqnoz­laş­dırıl­ması, modelləşdirilməsi, tənzimlənməsi, qiymətləndirilməsi sahəsində, ətraf mühitin qorunması, turizmin inkişafı, əməyin iqtisadiyyat, sahəsində nəzəri-metodoloji və əməli xarakterli tədqiqatlar aparmaq mexanizmlərini, prinsip­lərini müəyyənləşdirmək, modelləşdirmək, proqnozlaşdırmaq, reallaşdırmaq, onların nəticələrini dəyərləndirmək və bu prosesin səmərəliliyini artırmaqla bağlı konkret tədbirlər planı hazırlamaq qabiliyyəti;

-istehsal və sosial-mədəni sahələr üzrə makroiqtisadi siyasəti tənzimləmə, qiy­mətləndirmə, əməyin iqtisadiyyatı və təşkili, ətraf mühitin qorunması, turizmin və mədəniyyətin inkişafı fəaliyyətinə aid olan proseslərin, obyektlərin nəzəri və iqtisadi, riyazi modellərini işləyib hazırlamaq və reallaşdırmaq qabi­liy­yəti;

-milli iqtisadiyyat, onun ayrı-ayrı istehsal, sosial-mədəni sahələrinin, ətraf mühitin mühafizəsi, təşkili, idarə olunması və tənzimlənməsi prosesini əməli cəhət­dən reallaşdırmaq üçün normativ-hüquqi sənədlərdən, qanunvericilik aktlarından yaradıcılıqla istifadə etmək qabiliyyəti;

-sistemli və kompleks yanaşma əsasında dövlətin makroiqtisadi siyasətini əməli cəhətdən reallaşdırmaq üçün proqnozlaşdırma, proqramlaşdırma, strateji planlaşdırma əsasında iqtisadi-riyazi modellər qurmağı, informasiya texnologiyaları və riyazi üsulların tətbiqini həyata keçirmək qabiliyyəti;

-innovasiyalı inkişaf modelinə keçidi stimullaşdırmaq məqsədilə iqtisadi və sosial sahələrin iqtisadiyyatı, inkişafı və idarə olunma fəaliyyətinin qiymət­lən­dirilməsi, bu sferalarda əməyin təşkilli və idarə olunmasının, tənzimlənməsinin nəzəri-metodoloji və reallaşdırılmasının əməli cəhətdən effektiv prinsip, meyar və vasitələrini seçmək və müvafiq modellər qurmaq qabiliyyəti;

-elmi-tədqiqat mövzusunun prioritetlərinin seçilməsi, problemlərin qoyu­lu­şunu, tədqiqatın metodologiyasını və tədqiqatların səmərəliliyini müəyyən­ləşdir­mək qabiliyyəti;

-öz peşə fəaliyyətini elmi əsaslarla təşkil etmək, informasiya toplamaq, kom­püterdən istifadə metodlarına yiyələnmək və onlardan istifadə etmək qabi­liyyəti;

Magistrlar mütləq qaydada elmi-pedaqoji təcrübə keçməli və magistr dərəcəsi almaq üçün magistr dissertasiyasını müdafiə etməlidirlər

Magistr nəzəri prinsip və tədqiqat metodları haqqında ümumi təsəvvürə və dərin biliyə malik olmalı, peşə hazırlığı tələb edən elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalı, peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll etməyi bacarmalıdır.

Proqram uğurla başa çatdıqdan sonra magistrlar milli və beynəlxalq şirkətlər, təhsil sahəsində, iqtisadi strukturlar, banklar, konsaltinq şirkətləri, sığorta şirkətlərində öz peşə fəaliyyətlərini qura bilərlər, eyni zamanda elmi fəaliyyətlərini davam etdirə bilərlər.

Proqramın tərkibi:

Humanitar və sosial elmlər:

- Xarici dil

- Ali məktəb pedaqogikası

- Psixologiya

Seçmə fənn:

1. Fəlsəfə

2. Politologiya

İxtisas-peşə hazırlığı fənləri:

- İqtisad elminin müasir problemləri
- İqtisad elminin tarixi və metodologiyası
- İqtisadiyyatın fəlsəfəsi
- Sahibkarlıq hüququ
- Nəqliyyat hüququ
- Beynəlxalq kommersiya orbitraj hüququ
- Müqavilə hüququ
- Bank işi və əməliyyatları
- Risklər və onların idarə edilməsi
- İqtisadi hüququn müasir institutları
- İqtisad məhkəmələrində mübahisələrə baxılmasının prosessual qaydaları

Peşə hazırlığı üçün seçmə fənlər:

- Vergi hüququ
- Rəqabət hüququ
- Öhdəlik hüququ
- Bank hüququnda yeni tənzimetmə mexanizmləri
- Delikt hüququ
- İqtisadi sahədə idarəetmə hüququnun əsasları
- Qiymət kağızlar bazarının hüquqi tənzimi
- Məhkəmə vəkilliyi