Biznesin təşkili və idarə edilməsi (MBA)

Proqram: Biznesin təşkili və idarə edilməsi üzrə maqistr

Müddət: 2 il

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2000 AZN

Təlim dili: azərbaycan, ingilis və rus dili

Biznesin idarə edilməsi (MBA) üzrə magistr proqramı – idarəçilik təşkilatında səmərəli iş fəaliyyəti üçün lazım olan idarəetmə və mühüm təşkilatı qərarların verilməsi bacarıqlarının təkmilləşdirilməsini nəzərdə tutan təhsil proqramıdır. MBA proqramı üzrə məzunlar milli və beynəlxalq təşkilatlarda orta və yüksək səviyyəli rəhbər vəzifələr tutmağa, öz təşkilatlarında mürəkkəb məsələləri həll etmə bacarıqlarına malik olaraq, məsul vəzifələr tutmağa şans əldə edirlər. Proqram zəruri bacarıqları müəyyənləşdirir, o cümlədən: idarəetmə, şəxsiyyətlərarası və kommersiya; bazar haqqında bilik; qlobal dəyişiklərə hazır olan satış, marketinq və əməliyyatlar; maliyyə və mühasibat bacarıqları; müştərilərlə iş bacarıqları; komandada iş, şəbəkənin qurulması və problemlərin həlli üzrə bacarıqları aşılayır.

Magistrant elmi-tədqiqat sahəsi üzrə aşağıdakı peşə vərdişlərinə yiyələnməlidir:

 

-kommersiya və qeyri-kommersiya təşkilatlarının biznes aspektləri ilə əlaqədar analitik iş metodlarına malik olmaq qabiliyyəti;

-elmi-tədqiqatların aparılmasının işçi plan və proqramlarının işlənilməsini həyata keçirmək, tədqiqatlar qrupu və fərdi icraçılar üçün tapşırıq hazırlamaq qabiliyyəti;

-biznesin idarə edilməsi sahəsində tədqiqatların aparılma mexanizminin işlənib həyata keçirilməsi, onların nəticələrinin həllini tələb edib, icmal illik hesabatlarının hazırlanması üçün məlumatları hazırlama qabiliyyəti;

-tədqiqat mövzusu üzrə məlumatların toplanması, işlənməsi və sistemləşdirilməsini həyata keçirmək, tədqiqatın metodunu və problemlərin həlli vasitələrini müəyyən etmək qabiliyyəti;

-biznesin idarə edilməsi sahəsi üzrə tədqiq olunan proseslərin və obyektlərin nəzəri və iqtisadi modellərinin işlənib həyata keçirilməsi qabiliyyəti;

-peşəkar biznes fəaliyyəti üzrə tədqiq olunan proses və obyektlərin nəzəri və yeni ekonometrik modellərinin işlənib hazırlamaq qabiliyyəti;

-biznes proseslər üzrə aktual elmi problemləri aşkar edib tədqiqat aparmaq qabiliyyəti;

-innovasiyanın səmərəli istifadəsinin istiqamətlərini müəyyənləşdirib tədqiqat aparmaq qabiliyyəti;

-risklərin idarə edilməsi sisteminin işlənib hazırlanması məqsədi ilə təsərrüfat subyektlərinin fəaliyyətində risklərdən yaranmiş itkilərin aşkar edilməsi və tədqiqat aparmaq qabiliyyəti;

Magistrlər elmi-pedaqoji təcrübə keçməli və magistr dərəcəsi almaq üçün magistr dissertasiyasını müdafiə etməlidirlər

Magistr nəzəri prinsip və tədqiqat metodları haqqında ümumi təsəvvürə və dərin biliyə malik olmalı, peşə hazırlığı tələb edən elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalı, peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll etməyi bacarmalıdır.

Proqramın tərkibi:

Humanitar və sosial elmlər:

- Xarici dil

- Ali məktəb pedaqogikası

- Psixologiya

Seçmə fənn:

1. Fəlsəfə

2. Politologiya

İxtisas-peşə hazırlığı fənləri:

- Biznesin idarə edilməsinin müasir problemləri
- Biznesin idarə edilməsinin tarixi və metodologiyası
- Heyətin idarə edilməsinin beynəlxalq aspektləri
- İqtisadiyyat
- Marketinq
- Kommersiya logistikası
- Biznesin maliyyələşdirilməsi
- İdarəetmə uçotu
- Vergi menecmenti
- İnvestisiyaların idarə edilməsi
- Merçansaydinq
- Korporativ idarəetmə

Peşə hazırlığı üçün seçmə fənlər:

- Beynəlxalq kommersiya və reklam fəaliyyəti
- Sənaye marketinqi
- Biznes planlaşdırma
- Maliyyə-ticarət törəmələri və alətləri
- Biznes proseslərinin reinjinirinqi
- Biznes layihələrinin reallaşdırılması mərhələləri
- Biznesdə risklər və sığortalanma
- Fond birjaları və qiymətli kağızlar
- Korporativ ictimai məsuliyyət
- İqtisadi resursların səmərəli idarə edilməsi
- İnvestisiya layihələrinin iqtisadi təhlili
- Korporativ strategiya və s.