Biznesin təşkili və idarə edilməsi

Proqram: Biznesin təşkili və idarə edilməsi üzrə maqistr


Müddət: 2 il

Təhsil forması: əyani

İllik təhsil haqqı: 1900 AZN

Təlim dili: azərbaycan, ingilis və rus dili

Biznesin təşkili və idarə edilməsi üzrə magistr proqramı - idarəetmə bacarığı olan məzunlara biznes inzibatçılığı və idarə edilməsi üzrə tədrisi təşkil edən təhsil proqramıdır. İdarəçilikdə mühüm yer alan marketinq, maliyyə, planlaşdırma, logistika, iqtisadiyyat və riyaziyyat da tədris proqramını əhatə edir. Magistrlərin elmi, tənqidi düşüncə, problemlərin həlli və şəxsiyyətlərarası münasibətlər üzrə bacarıqlarını inkişaf etdirməklərinə xüsusi diqqət yetirilir.

Magistrant elmi-tədqiqat sahəsi üzrə aşağıdakı peşə vərdişlərinə yiyələnməlidir:

-kommersiya və qeyri-kommersiya təşkilatlarının biznes aspektləri ilə əlaqədar analitik iş metodlarına malik olmaq qabiliyyəti;

-elmi-tədqiqatların aparılmasının işçi plan və proqramlarının işlənilməsini həyata keçirmək, tədqiqatlar qrupu və fərdi icraçılar üçün tapşırıq hazırlamaq qabiliyyəti;

-biznesin idarə edilməsi sahəsində tədqiqatların aparılma mexanizminin işlənib həyata keçirilməsi, onların nəticələrinin həllini tələb edib, icmal illik hesabatlarının hazırlanması üçün məlumatları hazırlama qabiliyyəti;

-tədqiqat mövzusu üzrə məlumatların toplanması, işlənməsi və sistemləşdirilməsini həyata keçirmək, tədqiqatın metodunu və problemlərin həlli vasitələrini müəyyən etmək qabiliyyəti;

-biznesin idarə edilməsi sahəsi üzrə tədqiq olunan proseslərin və obyektlərin nəzəri və iqtisadi modellərinin işlənib həyata keçirilməsi qabiliyyəti;

-peşəkar biznes fəaliyyəti üzrə tədqiq olunan proses və obyektlərin nəzəri və yeni ekonometrik modellərinin işlənib hazırlamaq qabiliyyəti;

-biznes proseslər üzrə aktual elmi problemləri aşkar edib tədqiqat aparmaq qabiliyyəti;

-innovasiyanın səmərəli istifadəsinin istiqamətlərini müəyyənləşdirib tədqiqat aparmaq qabiliyyəti;

-risklərin idarə edilməsi sisteminin işlənib hazırlanması məqsədi ilə təsərrüfat subyektlərinin fəaliyyətində risklərdən yaranmis itkilərin aşkar edilməsi və tədqiqat aparmaq qabiliyyəti;

Magistrlar elmi-pedaqoji təcrübə keçməli və magistr dərəcəsi almaq üçün magistr dissertasiyasını müdafiə etməlidirlər
Magistr nəzəri prinsip və tədqiqat metodları haqqında ümumi təsəvvürə və dərin biliyə malik olmalı, peşə hazırlığı tələb edən elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalı, peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll etməyi bacarmalıdır, eyni zamanda elmi fəaliyyətlərini davam etdirə bilərlər.

 

Proqramın tərkibi:

Humanitar və sosial elmlər:

- Xarici dil

- Ali məktəb pedaqogikası

- Psixologiya

Seçmə fənn:

1. Fəlsəfə

2. Politologiya

İxtisas-peşə hazırlığı fənləri:

- Biznes inzibatçılıgının əsasları
- Biznes planlaşdırma
- Biznesin maliyyələşdirilməsi
- Menecment və təşkilat işi
- İdarəetmə uçotu
- Biznesin restruktrizasiyası
- Biznes konfliktlər və onların həlli yolları
- Azərbaycan Respublikasında vergi siyasəti
- Biznesin qiymətləndirilməsi


Peşə hazırlığı üçün seçmə fənlər:

- Mühasibat (maliyyə) uçotu və audit
- Biznesdə resursların idarə edilməsi
- Biznes strategiyası
- İstehsal menecmenti
- Kommersiya müəssisələrinin təşkili və texnologiyası
- Biznes layihələrinin reallaşdırılması mərhələləri
- Korporativ ictimai məsuliyyət
- İqtisadi resursların səmərəli idarə edilməsi
- Korporativ hüquq