İnformasiya texnologiyaları üzrə bakalavr dərəcəsi

Proqram: İnformasiya texnologiyaları üzrə bakalavr

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2000 AZN (bu məbləğ 2 dəfəyə - hər semestr öncəsi ödənilir)

Təlim dili: azərbaycan, ingilis və rus dili

İnformasiya texnologiyaları üzrə bakalavr dərəcəsi tələbələrə texnoloji informasiya sistemlərinin, rabitə və kompüter texnologiyalarının tərtibini öyrədən çoxsahəli tədris proqramıdır.

Proqramın bir hissəsi kimi tələbələrə dillərin müasir proqramlaşdırılması, kompüter şəbəkələri, sistem proqramlaşdırılması, verilənlərin strukturu və verilənlər bazaları sistemi, kompüter və hesablama sistemlərinin arxitekturası və s. kimi fənnlər tədris edilir. Proqram mürəkkəb sistemlərin dizayn və inkişafında ənənəvi və müasir texnikaları tətbiq etmək və idarə sistemlərini inkişaf etdirmək imkanları yaradır. Tələbələr müasir proqram komplekslərində alqoritmləri inkişaf və realizə etdirməyi, rəqəmsal sistemlərin analizi və layihələndirməsini, obyekt-yönlü proqramlaşdırmanı, intellektual sistemləri öyrənir.

Tələbələr dərəcə almaq üçün diplomqabağı təcrübə keçməli və diplom işini müdafiə etməlidirlər. 

Proqramı müfəvvəqiyyətlə bitirən məzunlar telekommunikasiya, kompüterləşmə, aerokosmika və daşınma sənayeləri, dövlət təşkilatları və digər sahələrdə fəaliyyət göstərə bilərlər.

Proqramın tərkibi:

Humanitar və sosial fənlər:

-Azərbaycan tarixi

-Azərbaycan dili və nitq mədəniyyəti

-Fəlsəfə

-Multikulturalizmə giriş

-Psixologiya

-Mədəniyyətşünaslıq

-Azərbaycan Konstitusiyası və hüququn əsasları

-Etika

İxtisas-peşə hazırlığı fənləri:

-Riyaziyyat

-Fizika

-İnformasiya texnologiyalarına giriş

-Kompüterlərin arxitekturası

-Kompüter proqramlaşdırmasının elementləri

-Əməliyyat sistemləri

-Elektronikanın əsasları

-Verilənlərin strukturu və alqoritmlər

-Verilənlər bazasının əsasları

-Multimedia texnologiyaları

-İnformasiya təhlükəsizliyi texnologiyaları

-Informasiya texnologiyalarının riyazi elementləri

-Obyekt-yönlü proqramlaşdırma

-İnsan-maşın interfeysləri

-İnformasiya sistemləri

-Kompüter şəbəkələrinə giriş

-Sistem mühəndisliyi

-İntellektual texnologiyalar

-Menecmentin əsasları

-Rəqəmsal sistemlər

-Hesablama təcrübələri

-Həyat fəaliyyətinin təhlükəsizliyi

-Mülki müdafiə

Peşə hazırlığı üzrə seçmə fənlər:

-Xüsusi ingilis dili

-Neyrokompüterlər

-Veb proqramlaşdırma

-Nanotexnologiyalar

-Riyazi məntiqi məsələlər

-Kompüter diaqnostika

-Yüksəksürətli kompüter şəbəkələri və s.