Beynəlxalq münasibətlər üzrə bakalavr dərəcəsi

 Beynəlxalq münasibətlər üzrə bakalavr dərəcəsi

Proqram: Beynəlxalq münasibətlər üzrə bakalavr

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani və qiyabi

İllik təhsil haqqı: əyani 2200 AZN və qiyabi 1400 AZN(bu məbləğ 2 dəfəyə - hər semestr öncəsi ödənilir)

Təlim dili: azərbaycan, ingilis və rus dili

Beynəlxalq münasibətlər üzrə bakalavr dərəcəsi proqramı tələbələrə beynəlxalq sistem müstəvisində hakimiyyət subyektəri arasındakı münasibəti, onların hökümət və beynəlxalq təşkilatlar ilə qarşılıqlı əlaqələrini öyrədən çoxsahəli əyani tədris proqramıdır. Proqram siyasi elmlər, iqtisadiyyat, tarix, xarici dillər, beynəlxalq hüquq, sosiologiya və digər sahələri özündə birləşdirir. Tələbələr millətlərarası münasibətləri, digər ölkələrin daxili işləri və eləcə də dünyada baş verən hadisələrdə qeyri-hökumət strukturlarının və beynəlxalq təşkilatların rolunu öyrənmək üçün lazımi bilik və bacarıqlarla təmin olunur.

Azərbaycanda beynəlxalq münasibətlər ixtisasının əsası müstəqilliyimizin ilk illərində qurulmuşdur. İnformasiya əsri adlandırdığımız müasir dövrdə dünyanın hər hansı bir yerində baş verən hadisələr qısa vaxtda başqa ölkələrə bu və ya başqa şəkildə təsir etməkdədir. Beynəlxalq münasibətlər üzrə mütəxəssislər məhz bu təsirlərin öz cəmiyyətləri üçün zərərli effektlərini minimuma endirmək üçün beynəlxalq aləmə inteqrasiyanın ən optimal yollarını öyrənməyə çalışırlar.


Qloballaşma, siyasi sistemlər, inteqrasiya prosesləri, dünya siyasəti, münaqişələrin həlli, milli təhlükəsizlik, geosiyasət və s. kimi ümumi maraq dairəsində olan sahələrə xüsusi diqqət yetirilir.

Dərəcə əldə etmək üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

Proqramı uğurla tamamlayan məzunlar dövlət təşkilatları, səfirliklər, nazirlik və QHT-lər, biznes, beynəlxalq və hüquq şirkətlərində fəaliyyət göstərə bilərlər.

Proqramın tərkibi:

Humanitar və sosial fənlər:

-Azərbaycan tarixi

-Xarici dil

-Azərbaycan dili və nitq mədəniyyəti

-Fəlsəfə

-Psixologiya

-Mədəniyyətşünaslıq

-Sosiologiya

-Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları

-Multikulturalizmə giriş

İxtisas-peşə hazırlığı fənləri:

-Siyasi və iqtisadi coğrafiya

-Beynəlxalq münasibətlər tarixi

-Asiya və Afrika ölkələri tarixi

-Müasir beynəlxalq münasibətlər sistemində qloballaşma prosesi

-Azərbaycan Respublikasının milli təhlükəsizliyinin əsasları

-Beynəlxalq münasibətlərin formalaşmasının əsasları və təkamülü

-Avropa və Amerika ölkələri tarixi

-Azərbaycan və xarici ölkələrin siyasi sistemləri

-Müasir inteqrasiya prosesləri

-Dünya siyasəti

-Beynəlxalq təşkilatlar

-Türk xalqları tarixi

-Azərbaycanın xarici siyasəti

-Müasir BM-də enerji diplomatiyası

-Beynəlxalq iqtisadi münasibətlər

-Beynəlxalq hüquq

-Politologiya

-Beynəlxalq münasibətlər nəzəriyyəsi

-Dünya iqtisadiyyatı

-İnformatika

-Konfliktologiya

-İqtisadi diplomatiya

-İqtisadiyyat

-İxtisasyönümlü xarici dil

-Mülki müdafiə

Peşə hazırlığı üçün seçmə fənlər:

-Diplomatik portret

-Müasir diplomatiya

-Beynəlxalq qeyri-hökumət təşkilatları

-Müasir dövrdə Qafqazda geosiyasi proseslər

-NATO ölkələrinin təhlükəsizlik siyasəti

-Müasir münaqişələr və böyük dövlətlərin mövqeyi

-Böyük dövlətlərin Yaxı Şərq siyasəti

-Avropa inteqrasiyasının tarixi

-Müasir dünyada terror əleyhinə mübarizə və s.