İstehlak mallarının ekspertizası və marketinqi üzrə bakalavr dərəcəsi

Proqram: İstehlak mallarının ekspertizası və marketinqi üzrə bakalavr

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2000 AZN (bu məbləğ 2 dəfəyə - hər semestr öncəsi ödənilir)

Təlim dili: azərbaycan, ingilis və rus dili

İstehlak mallarının ekspertizası və marketinqi üzrə bakalavr dərəcəsiistehlak mallarının ekspert qiymətləndirilməsini, tələb və xərclərin səmərəliliyini tədqiq edən çoxsahəli tədris proqramıdır. Proqram çərçivəsində tələbələr istehlak mallarının keyfiyyət problemi və onunla əlaqədar keyfiyyətin idarə edilməsi sisteminin təkmilləşdirilməsi, məhsulların normativ – texniki sənədlərin tələbinə uyğunluğu, onların saxtalaşdırılmasının müəyyən edilməsi, keyfiyyətsiz məhsulların satışına və istehlakına qadağa qoyulması qaydaları, məhsulların qısa əmtəəşünaslıq səciyyəsi, zay məhsulların miqdarının aşkar edilməsi, əhali tələbinin ödənilməsi səviyyəsinin dəqiqləşdirilməsi istiqamətində nəzəri və praktiki biliklər əldə edirlər. Eləcə də mövcud müasir laboratoriyalarda istehlak mallarının fiziki xassəsinin, kimyəvi tərkibinin, malın xüsusiyyətinin, dad və iyinin, məhsula rəng və ətir verən maddələrin araşdırılması metodları qavranılır.

Dərəcə əldə etmək üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

Proqramı müvəffəqiyyətlə bitirən məzunlar Gömrük Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, logistika şəbəkələri, tara istehsal edən müəssisələr, kənd təsərrüfatı məhsullarının tədarükü və satışı ilə məşğul olan müəssisələr, məhsulların qablaşdırılması müəssisələrində və s. fəaliyyət göstərə bilərlər.

Humanitar və sosial fənlər:

-Azərbaycan tarixi

-Azərbaycan dili və nitq mədəniyyəti

-Fəlsəfə

-Multikulturalizmə giriş

-Psixologiya

-Mədəniyyətşünaslıq

-Azərbaycan Konstitusiyası və hüququn əsasları

-Etika

İxtisas-peşə hazırlığı fənləri:

-Riyaziyyat

-İnformatika

-Kimya

-Fizika

-Materialların əmtəəşünaslığı

-Yeyinti xammallarının standartlaşdırılması və sertifikatlaşdırılması

-Bank işi

-Menecment

-Malların eyniləşdirilməsi və saxtalaşdırılması

-İstehlak mallarının estetikası

-Kommersiya fəaliyyətinin təşkili

-Ekologiya

-Statistika

-Mühasibat uçotu və audit

-İstehlak mallarının marketinqi

-İqtisadiyyat

-İstehlak mallarının ekspertizasının nəzəri əsasları

-İstehlak malları istehsalının ümumi texnologiyası

-Plastik kütlə və kimyəvi rəngsazlıq mallarının ekspertizası

-İstehlak mallarının ekspert qiymətləndirilməsi

-Tədavül sferası müəssisələrinin avadanlığı

-Mikrobiologiya, sanitariya və gigiyena

-İstehlak mallarının kodlaşdırılması

-İşgüzar yazışmalar

-İstehlak mallarının təhlükəsizliyi

-Mülki müdafiə

Peşə hazırlığı üzrə seçmə fənlər:

-Xüsusi xarici dil

-İstehlakçı biliklərinin əsasları

-Keyfiyyətin idarə edilməsi

-Merçendayzinq

-Təkrar emal müəssisələrinin təşkili

-Mədəni-məişət təyinatlı malların ekspertizası

-Tamlı məhsulların ekspertizası

-Heyvanat mənşəli ərzaq məhsullarının ekspertizası

-Xidmət sahələrinin iqtisadiyyatı və s.