İnnovasiyaların və layihələrin idarə olunması

Proqram: İnnovasiyaların və layihələrin idarə olunması üzrə maqistr

Müddət: 2 il

Təhsil forması: əyani

İllik təhsil haqqı: 1900 AZN

Təlim dili: azərbaycan, ingilis və rus dili

İnnovasiyaların və layihələrin idarə olunması üzrə magistr proqramı magistrlərə layihə idarəçilik təhlilini və layihənin idarə olunmasını dərindən tədris edən təhsil proqramıdır. Magistrlar texniki və nəzəri biliklərin vəhdəti nəticəsində o cümlədən innovasiya və layihələrin idarə olunması sahəsində karyera qurmaq üçün əsas bacarıqlara malik olacaqlar. İdarəçiliyin əsas anlayışlarından biri olan marketinq, iqtisadiyyat və proqnozlaşdırma sahəsində tədris olunur. Elmi tədqiqat, innovasiya, problemlərin həlli mühakiməsi və şəxsiyyətlərarası münasibətdə bacarıqları inkişaf etdirmək üçün magistrantlara xüsusi yardım göstərilir.

Magistrant elmi-tədqiqat sahəsi üzrə aşağıdakı peşə kompetensiyalarına yiyələnməlidir:

-fundamental və kompüter fənləri sahəsində dərin biliklərə əsaslanan riyazimodelləşdirmə üsullarından istifadə etmək qabiliyyətinə;

-menecment problemlərini həll etmək bacarığına;

-elmi-tədqiqat elmi axtarışlar işinin aparılmasına;

-menecment inkişafının əsas istiqamətləri üzrə müstəqiltəhlil aparmağa;

-öz elmi araşdırmalarının nəticələrini təqdim etmək bacarığına;

-fənlərin ümumi mənzərəsini müstəqil qurmağa.

Magistrlar mütləq qaydada elmi-pedaqoji təcrübə keçməli və magistr dərəcəsi almaq üçün magistr dissertasiyasını müdafiə etməlidirlər

Magistr nəzəri prinsip və tədqiqat metodları haqqında ümumi təsvirə və geniş biliyə malik olmalı, peşə hazırlığı tələb edən elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalı, peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll etməyi bacarmalıdır.

Proqram uğurla başa çatdıqdan sonra məzunlar milli və beynəlxalq şirkətlər, iqtisadi strukturlar, banklar, konsaltinq şirkətləri, sığorta şirkətləri və korporasiyalarda öz peşə fəaliyyətlərini qura bilərlər, eyni zamanda elmi fəaliyyətlərini davam etdirə bilərlər.

Proqramın tərkibi:

Humanitar və sosial elmlər:

- Xarici dil

- Ali məktəb pedaqogikası

- Psixologiya

Seçmə fənn:

1. Fəlsəfə

2. Politologiya

İxtisas-peşə hazırlığı fənləri:

- Menecmentin müasir problemləri
- İqtisad elminin tarixi və metodologiyası
- İqtisadiyyatın fəlsəfəsi
- Mikro və makro iqtisadiyyat III səviyyə
- Müasir strateji menecment
- Kreativ və innovasiya menecmenti
- Risk menecmenti
- Kadr menecmenti
- Sahibkarlıq fəaliyyəti
- Menecmentin etikası

Peşə hazırlığı üçün seçmə fənlər:

- Layihə menecmenti
- İnnovasiya layihələrinin idarə edilməsi
- İnnovasiya prosseslərinin idarə edilməsi
- İnvestisiya layihələrinin idarə edilməsi
- İnnovatika
- İnnovasiya menecmenti