Memarlıq üzrə bakalavr dərəcəsi

Proqram: Memarlıq üzrə bakalavr

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2300 AZN (bu məbləğ 2 dəfəyə - hər semestr öncəsi ödənilir)

Təlim dili: azərbaycan, ingilis və rus dili

Memarlıq sənəti insanların həyat fəaliyyəti üçün tələb olunan məkan mühitini əmələ gətirən bina və qurğuların etibarlılıq və gözəllik qanunlarına uyğun olaraq layihələndirilməsidir. Memar şəhərsalma layihələrini, binaların həcm-fəza həllinin layihələndirilməsini, mədəni irsin memarlıq abidələrinin bərpa layihələrini, memarlıq mühitinin bədii, texnoloji, ekoloji xassələrinin layihələndirilməsini, mühəndis sistemləri, konstruksiyaların layihələndirilməsini, layihələrin iqtisadi və normativ baxımdan sənədləşməsini həyata keçirir.

Proqram çərçivəsində tələbələr layihələndirmənin üslullarına, avtomatlaşdırılmış layihələndirmə sistemlərinə yiyələnərək tikinti çertyojlarını çəkmək bacarığına, rəsm və qrafika sahəsində rəssamlıq biliklərinə malik olur, həmçinin texnologiya və tikintinin əsas prinsiplərini öyrənirlər.

Dərəcə əldə etmək üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

Proqramı uğurla başa vuran məzunlar dövlət təşkilatlarında, elmi mərkəzlərdə, özəl memarlıq-inşaat şirkətlərində, memarlıq studiyalarında və s. fəaliyyət göstərə bilərlər.

Humanitar və sosial fənlər:

-Azərbaycan tarixi

-Azərbaycan dili və nitq mədəniyyəti

-Fəlsəfə

-Multikulturalizmə giriş

-Psixologiya

-Mədəniyyətşünaslıq

-Azərbaycan Konstitusiyası və hüququn əsasları

-Etika

İxtisas-peşə hazırlığı fənləri:

-Riyaziyyat

-Materialşünaslıq

-Mühəndis geodeziyası

-İnformatika

-Tərsimi həndəsə

-Tətbiqi mexanika

-Memarlıq fizikası

-Təsviri incəsənət

-İncəsənət tarixi

-Memarlıq tarixi

-Müasir memarlıq tarixi

-Layihələndirmənin əsasları

-İnşaat konstruksiyaları

-Memarlıq konstruksiyaları

-Memarlıq layihələndirilməsi

-Şəhər mühitinin ekologiyası

-Bərpa və konservasiya

-Rekonstruksiya

-Müasir inşaat texnologiyaları və menecment

-Bina və qurğuların tipologiyası

-Mülki müdafiə

Peşə hazırlığı üzrə seçmə fənlər:

-Xüsusi rəsm

-Memarlıq qrafikası

-Texniki rəsm.

-Rəngkarlıq və memarlıq koloristikası

-Həcmli və plastik modelləşdirmə

-Memarlıq kompozisiyası

-Şəhərsalmanın əsasları

-Memarlıqda işıq və rəng

-Memarlıqda semiotika

-Mühitin layihələndirilməsinin nəzəri əsasları

-Landşaft memarlığı

-Erqonomika

-Mühəndis sistemləri və mühit

-Memarlığın və şəhərsalmanın müasir problemləri

-Layihələndirilmənin normativ və hüquqi məsələləri