Menecment üzrə bakalavr dərəcəsi

Proqram: Menecment üzrə bakalavr

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2000 AZN(bu məbləğ 2 dəfəyə - hər semestr öncəsi ödənilir)

Təlim dili: azərbaycan, ingilis və rus dili

Menecment üzrə bakalavr dərəcəsi tələbələrə idarəetmədə yaranan problemlər və onların təhlil yollarını öyrədən çoxsahəli təhsil proqramıdır. Tələbələr idarəetmə sahəsində texniki və nəzəri bilikləri əldə etməklə yanaşı, yüksək karyera sahibi ola bilmək üçün əsas bacarıqlara yiyələnirlər. İdarəetmə sisteminin tərkib hissəsi olan marketinq, iqtisadiyyat və riyaziyyat sahələrinə bu təhsil proqramı çərçivəsində böyük diqqət yetirilir. Həmçinin tənqidi düşüncə, problemlərin həlli, təhlili və şəxsiyyətlərarası münasibətlərdə bacarıqların inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir.

Dərəcə almaq üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

Təhsilini uğurla başa çatdıran məzunlar yerli və beynəlxalq şirkətlərdə, iqtisadi strukturlarda, banklarda, konsaltinq, sığorta şirkətləri və korporasiyalarda fəaliyyət göstərə bilərlər.

Proqramın tərkibi:

Humanitar və sosial elmlər:

-Azərbaycan tarixi

-Xarici dil

-Azərbaycan dili və nitq mədəniyyəti

-Fəlsəfə

-Politologiya

-Psixologiya

-Mədəniyyətşünaslıq

-Sosiologiya

-Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları

İxtisas-peşə hazırlığı fənləri:

-İqtisadiyyata giriş

-Mikroiqtiadiyyat

-Makroiqtisadiyyat

-Xətti cəbr və riyazi analiz

-Ehtimal nəzəriyyəsi və riyazi statistika

-Ekonometrika

-Dünya iqtisadiyyatı

-Azərbaycan iqtisadiyyatı

-Statistika

-Mühasibat uçotu

-Audit

-Maliyyə

-Bank işi

-Vergilər və vergitutma

-Menecment

-Marketinq

-İnsan resurslarının idarə edilməsi

-İqtisadi informatika

-İnformasiya kommunikasiya texnologiyaları

-İşgüzar yazışmalar

-Ətraf mühitin iqtisadiyyatı

-İqtisadiyyatın tənzimlənməsi

-İdarəetmə nəzəriyyələri

-Antiböhran idarəetmə

-Layihələrin idarə edilməsi

-Strateji menecment

-İnnovasiya menecmenti

-Korporativ menecment

-Mülki müdafiə

Peşə hazırlığı üzrə seçmə fənlər:

-İşgüzar ingilis dili

-Büdcə sistemi

-Heyətin idarə edilməsi

-İdarəetmədə riyazi metodların tətbiqi

-Biznes-plan

-Qiymətli kağızlar

-Sığorta işi

-Beynəlxalq bazarlar və banklar

-İstehlakçı davranışı

-Riyazi məntiqi məsələlər və s