Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi üzrə bakalavr dərəcəsi

Proqram: Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi üzrə bakalavr

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2000 AZN (bu məbləğ 2 dəfəyə - hər semestr öncəsi ödənilir)

Təlim dili: azərbaycan, ingilis və rus dili

Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyiüzrə bakalavr dərəcəsindətələbələr meşə məhsulları, ağac emalının texnologiyası, maşın və mexanizmlər, ekologiya və digər sahələr üzrə əsas bilikləri mənimsəyirlər. Tələbələr eyni zamanda planalma işləri, çöl materiallarının hesablanması, ağaclarda baş verən fizioloji və biokimyəvi proseslər, meşə materiallarının ekologiyası və təsərrüfat əhəmiyyəti, meşə və fauna, ağac və kol bitkilərinin bioekoloji və morfoloji xüsusiyyətləri, meşə əmələ gətirən ağac cinslərinin meşəçilik xüsusiyyətləri və təsərrüfat əhəmiyyəti barədə müfəssəl informasiyaya sahib olurlar. Qərb Universiteti nəzdində ağac emalı üzrə yeni yaradılmış laboratoriyalar isə onlara praktiki biliklər qazanmaq imkanı yaradır.

Dərəcə əldə etmək üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

Proqramı müvəffəqiyyətlə bitirən məzunlar dövlət təşkilatlarında, elmi-tədqiqat müəssisələrində, ağac emalı ilə bağlı sənaye sahələrində və s. fəaliyyət göstərə bilərlər.

Humanitar və sosial fənlər:

-Azərbaycan tarixi

-Azərbaycan dili və nitq mədəniyyəti

-Fəlsəfə

-Multikulturalizmə giriş

-Psixologiya

-Mədəniyyətşünaslıq

-Azərbaycan Konstitusiyası və hüququn əsasları

-Etika

İxtisas-peşə hazırlığı fənləri:

-Riyaziyyat

-Fizika

-Kimya

-Ağac materialının fizikası

-Proseslərin optimallaşdırılması və modelləşdirilməsi

-Nəzəri mexanika

-İnformasiya texnologiyaları

-Elmi araşdırmaların metod və vasitələri

-Metrologiya, standartlaşdırma və sertifikatlaşdırma

-Həyat fəaliyyətinin təhlükəsizliyi

-Tərsimi həndəsə, mühəndis və maşın qrafikası

-Materailşünaslıq

-Konstruktiv materialların texnologiyası

-Materiallar müqaviməti

-Elektrotexnika və elektronika

-Avtomatlaşdırmanın əsasları

-İstehsalın iqtisadiyyatı və menecmenti

-İstilik mexanikası

-Maşın və mexanizmlər nəzəriyyəsi

-Meşə materialları və ağac emalı layihələndirməsi

-Meşə materialları və ağac emalı texnologiyası

-Ekologiya

-İnformatika

-Ağac məmulatlarının dizayn və konstruksiyası

-Mülki müdafiə

Peşə hazırlığı üzrə seçmə fənlər:

-Xüsusi xarici dil

-Ağacşünaslığın öyrənilməsi

-Meşə heyvan və quşlarının biologiyası

-Meşəçilik

-İxtisas üzrə praktikum

-Təbiətdən istifadənin hüquqi əsasları

-Riyazi məntiqi məsələlər

-Meşə texnologiyaları və sistemləri və s.