Mexatronika və robototexnika mühəndisliyi üzrə bakalavr dərəcəsi

Proqram: Mexatronika və robototexnika mühəndisliyi üzrə bakalavr

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2000 AZN (bu məbləğ 2 dəfəyə - hər semestr öncəsi ödənilir)

Təlim dili: azərbaycan, ingilis və rus dili

Tələbələr sadə maşın elementləri əsasında maşın dinamikası prinsiplərini, daha mürəkkəb maşınların dinamikasını, konstruksiyanın tərkib hissələrinin hərəkətində olan problemlərin analiz üsullarını, müxtəlif proqramlaşdırma paketləri üzrə mühəndis proqramlarının və vərdişlərinin inkişaf etdirilməsini öyrənəcək, həmçinin robot və robototexniki sistemlərin fəaliyyət alqoritmləri və inkişafı, neyron şəbəkələri və süni neyronlar, sabit cərəyan əsasında analoq sxem nəzəriyyəsi, rəqəmsal məntiq nəzəriyyəsi, dəyişən cərəyan əsasında analoq sxemi, maqnit dövrələri və Amper qanunu, maqnit selləri, sellərin sıxlığı, maqnit sahəsinin intensivliyi, müqaviməti, sabitliyi, ardıcıl və paralel maqnit dövrələri və elektrik analoqları, mikrokontrollerin arxitekturası haqqında biliklərə malik olacaqlar.

Qeyd etməliyik ki, Mexatronika və Robototexnika mühəndisliyi ixtisasının daha yaxşı mənimsənilməsi üçün yeni laboratoriya açılmışdır. Tələbələr laboratoriyanın geniş imkanlarından istifadə etməklə bu ixtisasda zəruri bilikləri əldə edə biləcəklər.

Dərəcə əldə etmək üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

Proqramı uğurla başa çatdıran məzunlar telekommunikasiya, kompüter, aerokosmik, nəqliyyat sənayelərində və s. fəaliyyət göstərə bilərlər.

Humanitar və sosial fənlər:

-Azərbaycan tarixi

-Azərbaycan dili və nitq mədəniyyəti

-Fəlsəfə

-Multikulturalizmə giriş

-Psixologiya

-Mədəniyyətşünaslıq

-Azərbaycan Konstitusiyası və hüququn əsasları

-Etika

İxtisas-peşə hazırlığı fənləri:

-Riyaziyyat

-Fizika

-Mexatronika və robototexnikaya giriş

-Elektrotexnika və elektronika

-Materiallar və proseslər

-İdarəetmə və avtomatlaşdırma

-Proqramlaşdırma dilləri və informatika

-Mühəndislik riyaziyyatı

-Robotların idarə edilməsi

-Maşın və mexanizmlərin dinamikası

-Texnika və obyektyönümlü C++ proqramlaşdırma dili

-İntellektual sistemlər

-Mexatronika sistemlərinin layihələndirilməsi

-Robot sistemlərinin layihələndirilməsi

-Rəqəmsal elektronika

-Elektrik intiqalları və sensorlar

-Quraşdırılmış mikrokontrollerlər

-Həyat fəaliyyətinin təhlükəsizliyi

-Müasir istehsalat prosesləri

-Rəqəmli siqnalların və təsvirlərin işlənməsi

-İstehsalın iqtisadiyyatı və menecmenti

-İnternet texnologiyası

-Mühəndis qrafikası

-Struktur mexanikası

-Avtomatlar nəzəriyyəsi

-Mülki müdafiə

Peşə hazırlığı üzrə seçmə fənlər:

-Xüsusi xarici dil

-Neyrokompüterlər

-Kompüter qrafikası və multimedia

-Veb proqramlaşdırılması

-Nanotexnologiyalar

-Optik informasiya sistemləri və s.