Ümumi Müddəalar

1.1.Bu Qaydalar Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydalarının təsdiq olunması haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 129 -li 2010-cu il 01 iyul tarixli qərarı ilə tənzimlənir.

1.2.Bu Qaydalar Azərbaycan Respublikasının doktorantura təhsilinin məzmun və təşkilini əks etdirən ümumi normalar məcmusudur.

1.3.Doktorantura hazırlığı ali təhsilin üçüncü səviyyəsidir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş doktorantura ixtisaslarının (proqramlarının) təsnifatınauyğunmüvafiq ixtisaslar üzrə geniş profilli alim və mütəxəssis hazırlığının həyata keçirilməsini tə- min edir.

1.4.Doktoranturada təhsil fəlsəfə doktoru proqramı üzrə həyata keçirilir.

1.5.Doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalar üzrə həyata keçirilir.

1.6.Doktorantura təhsilini həyata keçirən ali təhsil müəssisələri və elmi təkilatlar elmi və elmi-pedaqoji kadrhazırlığınıdissertantlıq (dissertantura) yolu ilə də reallaşdırır.

1.7.Doktoranturada təhsil ödənişli əsaslarla həyata keçirilir.

1.8.Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir.

1.9.Doktorantura təhsilinin əsas məqsədi təhsil sahəsində dövlət siyasətinə uyğun olaraq, universitetin, cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınaraq, müxtəlif elm sahələri üzrə yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanmasıdır.