Mühasibat uçotu və audit üzrə bakalavr dərəcəsi

Proqram: Mühasibat uçotu və audit üzrə bakalavr

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2000 AZN (bu məbləğ 2 dəfəyə - hər semestr öncəsi ödənilir)

Təlim dili: azərbaycan, ingilis və rus dili

Mühasibat uçotu və audit iqtisadi və maliyyə təhlillərin öyrənilməsinə yönəlmiş çoxsahəli tədris proqramıdır. Mühasibat uçotu müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin əmlakının, öhdəliklərinin, kapitalının, dövriyyə vəsaitlərinin və ümumiyyətlə, bütün maliyyə-təsərrüfat fəaliyyətinin, təsərrüfat əməliyyatlarının mühasibat hesablarında ikili yazılış üsulu ilə yığılması və qaydaya salınması sistemini özündə əks etdirir. Statistika, iqtisadiyyat, maliyyə, riyaziyyat kimi əsas fənlərin tədrisi ilə yanaşı, tələbələr statistik informasiyanın elektron təhlilinin müasir metodlarını öyrənirlər ki, bu da əldə etdikləri nəzəri bilikləri praktikada tətbiq etmək imkanı yaradır.

Dərəcə əldə etmək üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

Proqramı müvəffəqiyyətlə başa çatdıran məzunlar iqtisadi fəaliyyətlə bağlı dövlət strukturları, büdcə və qeyri hökumət təşkilatlarında, nazirlik və komitələrdə, biznes və sahibkarlıq fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektlərində, firma, müəssisə və şirkətlərin müvafiq struktur bölmələrində, beynəlxalq biznes, maliyyə, turizm və digər xidmətlər üzrə fəaliyyət göstərən şirkətlərdə fəaliyyət göstərə bilərlər.

Proqramın tərkibi:

Humanitar və sosial fənlər:

-Azərbaycan tarixi

-Azərbaycan dili və nitq mədəniyyəti

-Fəlsəfə

-Multikulturalizmə giriş

-Psixologiya

-Mədəniyyətşünaslıq

-Azərbaycan Konstitusiyası və hüququn əsasları

-Etika

İxtisas-peşə hazırlığı fənləri:

-İqtisadiyyata giriş

-Mikroiqtisadiyyat

-Makroiqtisadiyyat

-Xətti cəbr və riyazi analiz

-Ehtimal nəzəriyyəsi və riyazi statistika

-Ekonometrika

-Dünya iqtisadiyyatı

-Azərbaycan iqtisadiyyatı

-Statistika

-Maliyyə

-Bank işi

-Vergilər və vergitutma

-Menecment

-Marketinq

-İnsan resurslarının idarə edilməsi

-İqtisadi informatika

-İnformasiya kommunikasiya texnologiyaları

-İşgüzar yazışmalar

-Ətraf mühitin iqtisadiyyatı

-İqtisadiyyatın tənzimlənməsi

-Mühasibat uçotu

-Maliyyə uçotu

-İdarəetmə uçotu

-Maliyyə hesabatlarının beynəlxalq standartları

-Maliyyə təhlili

-İdarəetmə təhlili

-Maliyyə hesabatlarının təhlili

-Audit

-Mülki müdafiə

Peşə hazırlığı üzrə seçmə fənlər:

-Xüsusi xarici dil

-Sığorta işi və sığortanın təşkili

-Kredit təşkilatlarında mühasibat uçotu

-Korporativ hesabatlar

-Elektron mühasibatlıq

-Kommersiya fəaliyyətinin əsasları

-Reklam işinin təşkili və idarə edilməsi

-Gömrük işinin təşkili və idarə edilməsi

-Gömrük-tarif tənzimlənməsi

-Nəzarət və təftiş

-Xidmət sahələrində mühasibat uçotu və s.