Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi üzrə bakalavr dərəcəsi

Proqram: Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi üzrə bakalavr

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2000 AZN (bu məbləğ 2 dəfəyə - hər semestr öncəsi ödənilir)

Təlim dili: azərbaycan, ingilis və rus dili

Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi üzrə tədris proqramı çərçivəsində tələbələrə riyazi qaydaların və qanunların tətbiqi, nümunənin fəzada təsviri, layihə-qrafik sənədlərinin, texniki qrafiklərin işlənməsi və oxunması, texniki sxemlərin və cizgilərin tərtibat qaydaları, bina və qurğuların konstruktiv hissə və düyünlərinin möhkəmliyə, sərtliyə və dayanıqlığa hesablanması metodları, model və alqoritmlərin qurulması prinsipləri, memarlıq, inşaat və tikinti işlərinin aparılması texnologiyası, xüsusilə inşaat materiallarının və konstruksiyaların inkişaf perspektivlərinin əsas istiqamətləri tədris olunur. Tələbələrdə inşaat sahəsində elm və texnikanın inkişaf və nailiyyətlərini araşdırmaq, müasir informasiya texnologiyalarından istifadə etmək, inşaat sahəsində konkret problemləri həll etmək üçün ehtimal modelləri qurmaq, müvafiq hesablamalar aparmaq və s. inkişaf etdirilir. Bu ixtisas üzrə oxuyan tələbələrə mühəndis sistemlərinin və qurğularının tikintisində avtomatlaşdırılmış layihələndirmə sistemlərindən necə istifadə olunması, AutoCAD, Carlson proqram təminatlarında qurğuların modelləşdirilməsi, CİS texnologiyalarından istifadə etməklə geoinformasiya sistemlərinin qurulması, məkan məlumatlarının geniş analizi, CİS və ALS texnologiyalarının inteqrasiyalı məsələləri və s. istiqamətdə müasir yanaşmalar tədris ediləcəkdir. Bütün bunlar ən müasir yanaşmalardır ki, tələbələr bunlara yiyələnməklə ən qabaqcıl təşkilatlarda işləmək üçün yüksək imkan qazanır. Tədris proqramı çərçivəsində tələbələri müxtəlif istehsalat proseslərinə cəlb olunması nəzərdə tutulub. Tələbələri təcrübə qazanmaları üçün iri təşkilatlara göndərəcəyik ki, bu da onların öz sahələrində peşəkar olmalarına birbaşa təsir göstərir.

Proqramı uğurla başa çatdıran məzunlar sənaye və mülki tikintinin bütün sahələrində, şəhər kommunal təsərrüfatının müxtəlif sahələrində, elmi-tədqiqat və layihələndirmə institutlarında, su təchizatı və digər sistemlərin layihələndirilməsini aparan müəssisələrdə fəaliyyət göstərə bilərlər.

Dərəcə əldə etmək üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

Proqramı uğurla başa çatdıran məzunlar sənaye və mülki tikintinin bütün sahələrində, şəhər kommunal təsərrüfatının müxtəlif sahələrində, elmi-tədqiqat və layihələndirmə institutlarında, özəl firma və şirkətlərdə fəaliyyət göstərə bilərlər.

Humanitar və sosial fənlər:

-Azərbaycan tarixi

-Azərbaycan dili və nitq mədəniyyəti

-Fəlsəfə

-Multikulturalizmə giriş

-Psixologiya

-Mədəniyyətşünaslıq

-Azərbaycan Konstitusiyası və hüququn əsasları

-Etika

İxtisas-peşə hazırlığı fənləri:

-Ali riyaziyyat

-Fizika

-Kimya

-Tərsimi həndəsə və mühəndis qrafikası

-İnformatika

-Mühəndisi geodeziya

-Nəzəri mexanika

-Materiallar müqaviməti

-İnşaat materialları

-Hidravlika və hidravliki maşınlar

-Hidrologiya

-Ekologiya

-İnşaat mexanikası

-Metrologiya, standartlaşdırma və sertifikatlaşdırma

-Əmək mühafizəsi

-Tikintinin iqtisadiyyatı

-Mühəndisi geologiya və qrunt mexanikası

-Qurğuların sınağı və zəlzələyə davamlılığı

-Elektrik təchizatı

-Binanın sanitar texniki avadanlığı

-İstilik texnikası

-İnşaat konstruksiyası

-Memarlıq

-İnşaat istilik fizikası

-Mülki müdafiə

Peşə hazırlığı üzrə seçmə fənlər:

-Xüsusi xarici dil

-Neyrokompüterlər

-Kompüter qrafikası və multimedia

-Materialşünaslıq

-Maşın avadanlıqları

-CİS sistemlər

-Riyazi məntiqi məsələlər

-İntellektual sistemlər və s.