Beynəlxalq maliyyə və valyuta kredit münasibətləri

Proqram: Beynəlxalq maliyyə və valyuta kredit münasibətləri üzrə maqistr


Müddət: 2 il

Təhsil forması: əyani

İllik təhsil haqqı: 1900 AZN

Təlim dili: azərbaycan, ingilis və rus dili

Beynəlxalq maliyyə və valyuta kredit münasibətlər üzrə magistr proqramı – valyuta-kredit siyasəti, maliyyə təhlilləri və tətbiqini özündə birləşdirən təhsil proqramıdır. Magistrantlar xarici iqtisadi fəaliyyət, xarici ticarət əlaqələri və əməliyyatları, biznesin idarə edilməsi, transmilli korporasiyaların fəaliyyəti, beynəlxalq standartlar və beynəlxalq iqtisadi təşkilatlar, Avropa İttifaqının maliyyə strategiyası və beynəlxalq maliyyə layihələrin idarə edilməsi sahələrində dərin nəzəri biliklər alacaq və praktiki vərdişlərə nail olacaqlar. Bu təhsil proqramı çərçivəsində maliyyə sistemləri və qlobal iqtisadiyyatın idarəetmə xülasəsinə, pul məkanının bütün yer kürəsində yaratdığı formalarına xüsusi diqqət yetirir.

Magistrant elmi-tədqiqat sahəsi üzrə aşağıdakı peşə vərdişlərinə yiyələnməlidir:

-milli və beynəlxalq səviyyədə beynalxalq maliyyə-kredit fəaliyyətlə bağlı analitik iş metodlarına malik olma qabiliyyəti;

-elmi-tədqiqatların aparılmasının işçi plan və proqramlarının işlənilməsini həyata keçirmək, tədqiqatçılar qrupu və fərdi icraçılar üçün tapşırıq hazırlamaq qabiliyyəti;

-beynəlxalq maliyyə və valyuta-kredit münasibətləri sahəsində tədqiqatların aparılma mexanizminin hazırlanması qabiliyyəti;

-tədqiqat mövzusu üzrə məlumatların toplanması, işlənməsi və sistemləşdirilməsini həyata keçirmək, tədqiqatın metodunu və problemlərin həlli vasitələrini müəyyən etmək qabiliyyəti;

-maliyyə və kredit sahəsi üzrə peşəkar xarici iqtisadi fəaliyyətə aid tədqiqat aparılan proseslərin və obyektlərin nəzəri və iqtisadi modellərinin işlənib hazırlanması və həyata keçirilməsi qabiliyyəti;

-beynəlxalq maliyyə-kredit və valyuta sferasında tədqiq olunan proses və obyektlərin nəzəri və yeni ekonometrik modellərini işləyib hazırlamaq qabiliyyəti;

-beynəlxalq maliyyə və vayuta münasibətləri üzrə aktual elmi problemləri aşkar etmək qabiliyyəti;

-xarici iqtisadi fəaliyyətin səmərəli istiqamətlərini müəyyənləşdirib tədqiqat prosesinə yönəltmək qabiliyyəti;

-xarici iqtisadi siyasətin bütün spektrinin ölkənin iqtisadi təsərrüfatçılıq təcrübəsində istifadə olunmasının qiymətləndirilməsi və rasionallaşdırılması yollarının aşkar edilməsi qabiliyyəti;

-beynəlxalq iqtisadi təşkilatların dünya iqtisadiyyatının tənzimlənməsi problemlərini tədqiq etmə mexanizminin mənimsənilməsi qabiliyyəti

Magistrlər mütləq qaydada elmi-pedaqoji təcrübə keçməli və magistr dərəcəsi almaq üçün magistr dissertasiyasını müdafiə etməlidirlər.

Magistr nəzəri prinsip və tədqiqat metodları haqqında ümumi təsəvvürə və dərin biliyə malik olmalı, peşə hazırlığı tələb edən elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalı, peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll etməyi bacarmalıdır.

Proqram uğurla başa çatdıqdan sonra magistrlar maliyyə bazarları, iqtisadi strukturlar, banklar, konsaltinq şirkətləri, sığorta şirkətləri, korporasiyalar və digər sahələrdə fəaliyyət göstərən milli və beynəlxalq şirkətlərdə öz peşə fəaliyyətlərini qura bilərlər, eyni zamanda elmi fəaliyyətlərini davam etdirə bilərlər.

Proqramın tərkibi:

Humanitar və sosial elmlər:

- Xarici dil

- Ali məktəb pedaqogikası

- Psixologiya

Seçmə fənn:

1. Fəlsəfə

2. Politologiya

İxtisas-peşə hazırlığı fənləri:

- Mikro və makro iqtisadiyyat- III səviyyə
- BİM-in müasr problemləri
- ÜTT və beynəlxalq ticarət siyasəti
- Dünya maliyyə və valyut-kredit siyasətinin müasir arxitekturası
- Transmilliləşmə və iqtisadi inteqrasiya prosesləri
- Azərbaycanın xarici iqtisadi siyasəti
- Geoiqtisadiyyat

Peşə hazırlığı üçün seçmə fənlər:

- Azərbaycan beynəlxalq iqtisadi-maliyyə institutları ilə əməkdaşlığın strategiyası
- BVF və onun Azərbaycanda fəaliyyəti
- Tədiyyə balansı və valyuta kursu siyasətinin xüsusiyyətləri
- Azərbaycanın Dünya Bankı ilə qarşılıqlı əlaqələri
- Valyuta ehtiyatları və xarici borc siyasəti
- Valyuta kursu siyasətinin xüsusiyyətləri
- Xarici valyuta sistemlərinin araşdırılması