Beynəlxalq iqtisadi münasibətlər

Proqram: Beynəlxalq iqtisadi münasibətlər üzrə maqistr

Müddət: 2 il

Təhsil forması: əyani

İllik təhsil haqqı: 1900 AZN

Təlim dili: azərbaycan, ingilis və rus dili

Beynəlxalq iqtisadi münasibətlər üzrə magistr proqramı – magistrlərə bugünkü mürəkkəb qlobal şəraitdə beynəlxalq iqtisadi və maliyyə problemlərin anlayışı üçün lazımi bacarıqların aşılanmasında yardımçı olan təhsil proqramıdır. İqtisadiyyat və siyasi elmi-analitik vasitələrdən istifadə edərək beynəlxalq ticarət, maliyyə, investisiya, inkişaf və idarəetməyə əsas diqqət bu təhsil proqramını fərqləndirən cəhətdir. Magistrlər kapital axınlarının ticarət əməliyyatlarının əsasları və xüsusiyyətləri, beynəlxalq ticarət və maliyyə sahələrində siyasət haqqında anlayışa malik olma imkanına sahib olurlar.

Magistrant elmi-tədqiqat sahəsi üzrə aşağıdakı peşə vərdişlərinə yiyələnməlidir:

-milli və beynəlxalq səviyyədə xarici iqtisadi fəaliyyətlə bağlı analitik iş metodlarına malik olma qabiliyyəti;

-elmi-tədqiqatların aparılmasının işçi plan və proqramlarının işlənilməsini həyata keçirmək, tədqiqatçılar qrupu və fərdi icraçılar üçün tapşırıq hazırlamaq qabiliyyəti;

-beynəlxalq iqtisadi münasibətlər sahəsində tədqiqatların aparılma mexanizminin hazırlanması qabiliyyəti;

-tədqiqat mövzusu üzrə məlumatların toplanması, işlənməsi və sistemləşdirilməsini həyata keçirmək, tədqiqatın metodunu və problemlərin həlli vasitələrini müəyyən etmək qabiliyyəti;

-dünya iqtisadiyyatı sahəsi üzrə peşəkar xarici iqtisadi fəaliyyətə aid tədqiqat aparılan proseslərin və obyektlərin nəzəri və iqtisadi modellərinin işlənib hazırlanması və həyata keçirilməsi qabiliyyəti;

-beynəlxalq iqtisadi münasibətlər sferasında tədqiq olunan proses və obyektlərin nəzəri və yeni ekonometrik modellərini işləyib hazırlamaq qabiliyyəti;

-beynəlxalq iqtisadi münasibətlər üzrə aktual elmi problemləri aşkar etmək qabiliyyəti;

-xarici iqtisadi fəaliyyətin səmərəli istiqamətlərini müəyyənləşdirib tədqiqat prosesinə yönəltmək qabiliyyəti;

-xarici iqtisadi siyasətin bütün spektrinin ölkənin iqtisadi təsərrüfatçılıq təcrübəsində istifadə olunmasının qiymətləndirilməsi və rasionallaşdırılması yollarının aşkar edilməsi qabiliyyəti;

-beynəlxalq iqtisadi təşkilatların dünya iqtisadiyyatının tənzimlənməsi problemlərini tədqiq etmə mexanizminin mənimsənilməsi qabiliyyəti

Magistrlər mütləq qaydada elmi-pedaqoji təcrübə keçməli və magistr dərəcəsi almaq üçün magistr dissertasiyasını müdafiə etməlidirlər

 

Magistr nəzəri prinsip və tədqiqat metodları haqqında ümumi təsəvvürə və dərin biliyə malik olmalı, peşə hazırlığı tələb edən elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalı, peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll etməyi bacarmalıdır.

Proqram uğurla başa çatdıqdan sonra magistrlar dövlət təşkilatları, səfirliklər, nazirliklər və qeyri-hökumət təşkilatları, hüquq, biznes və digər beynəlxalq təşkilatlarda öz peşə fəaliyyətlərini qura bilərlər,eyni zamanda elmi fəaliyyətlərini davam etdirə bilərlər.

Proqramın tərkibi:

Humanitar və sosial elmlər:

- Xarici dil

- Ali məktəb pedaqogikası

- Psixologiya

Seçmə fənn:

1. Fəlsəfə

2. Politologiya

İxtisas-peşə hazırlığı fənləri:

- Dünya iqtisadiyyatının müasir problemləri
- İqtisad elminin tarixi və metodologiyası
- İqtisadiyyatın fəlsəfəsi
- Beynəlxalq iqtisadi münasibətlərdə informasiya sistemləri
- Beynəlxalq iqtisadi münasibətlərdə maliyyə problemləri
- Beynəlxalq iqtisadi təşkilatların ölkə iqtisadiyyatında rolu
- Transmilliləşmə və iqtisadi inteqrasiya prosesləri
- Geoiqtisadiyyat
- Dünya maliyyə və valyuta-kredit siyasətinin müasir arxitekturası
- Azərbaycan Respublikasının beynəlxalq xarici siyasəti
- Beynəlxalq kommersiya fəaliyyətinin təşkili
- ÜTT və beynəlxalq ticarət siyasəti

Peşə hazırlığı üçün seçmə fənlər:

- Beynəlxalq iqtisadi münasibətlərdə alternativ strategiyanın müəyyənləşdirilməsi
- Beynəlxalq lizinq əməlliyatlarının təşkili
- Birjaların fəaliyyətinin tənzimlənməsi
- Beynəlxalq banklar və bazarların formalaşması
- Qlobal iqtisadi inkişaf modellərinin fərqli xüsusiyyəti
- Beynəlxalq kreditləşmə prosesi
- Müəssisələrin xarici iqtisadi fəaliyyəti
- Dünya iqtisadiyyatınında xüsusi iqtisadi zonalar
- Avropa İttifaqının iqtisadiyyatı
- Ölkənin geoiqtisadi modeli
- Xarici valyuta sistemlərinin araşdırılması