Qərb Universitetində beynəlxalq münaqişələr üzrə tanınmış ekspert Arye Qutla görüş keçirilib

Qərb Universitetində beynəlxalq münaqişələr üzrə tanınmış ekspert Arye Qutla görüş keçirilib

Bu gün Qərb Universitetində beynəlxalq münaqişələr üzrə tanınmış ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qutun universitetin professor-müəllim heyəti və tələbələri ilə görüşü keçirilib.

Ətraflı
DÜNYA ŞÖHRƏTLİ ALMAN PROFESSOR QƏRBİ KASPİ UNİVERSİTETİNDƏ

DÜNYA ŞÖHRƏTLİ ALMAN PROFESSOR QƏRBİ KASPİ UNİVERSİTETİNDƏ

Almaniyalı professor Ulli Arnold Qərbi Kaspi Universitetində (Qərb Universiteti) qonaq olub. Professor universitetlə, onun infrastrukturu, maddi-texniki bazası və strukturlaşması ilə tanış olub, professor-müəllim heyəti ilə görüşlər keçirib, menecment, sənaye malları marketinqi mövzularında diskusiyalar aparıb.

Ətraflı
Qərb Universitetində isveçrəli turizm mütəxəssisinin seminarları başlayıb

Qərb Universitetində isveçrəli turizm mütəxəssisinin seminarları başlayıb

İsveçrəli ekspert universitetin turizm ixtisasında təhsil alan tələbələr üçün turizm və ekoturizm sahəsindəki inkişaf dinamikası, yeniliklər, problemlər və perspektivlər barədə master-klasslar təqdim edir. Mütəxəssis xüsusilə Fransa və İsveçrə təcrübəsi barədə praktik məlumatları tələbələrin diqqətinə çatdırır.

Ətraflı
Qərb Universitetinin tələbələri Elmi Forumda innovativ bacarıqlarını nümayiş etdirib

Qərb Universitetinin tələbələri Elmi Forumda innovativ bacarıqlarını nümayiş etdirib

Qərb Universiteti Azərbaycan Elm Assosiasiyası tərəfindən keçirilən "Multidissiplinar Elmi Forum"da iştirak edib. Universitetin tələbələri Forumda 4 layihə təqdim ediblər. Universitetin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbinin tələbələri LEGO platforması üzərində maneədən qaçan və qəza törətməyən robot təqdim ediblər.

Ətraflı
Qərb Universiteti təhsil sərgisində iştirak edir

Qərb Universiteti təhsil sərgisində iştirak edir

06.10.2017 tarixində Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə 11-ci Azərbaycan Beynəlxalq Təhsil ("Education 2017") sərgisi açılıb. QƏRB UNİVERSİTETİ də sərgidə iştirak edir. Ziyarətçilərə universitetin əldə etdiyi nailiyyətlər, son dönəmlərdə həyata keçirilən yeniliklər, təhsilin keyfiyyətinin artırılması istiqamətində atılmış addımlar, tədris proqramları və infrastruktur layihələri barədə məlumatlar verilir.

Ətraflı
Qərb Universitetində Su Ehtiyatlarının İnteqrasiyalı İdarəçiliyi (SEİİ) üçün məlumatların idarəçiliyinə dair seminar keçirilib

Qərb Universitetində Su Ehtiyatlarının İnteqrasiyalı İdarəçiliyi (SEİİ) üçün məlumatların idarəçiliyinə dair seminar keçirilib

Qərb Universitetində Avropa İttifaqının Su Təşəbbüsü (EUWI + EAST) layihəsi çərçivəsində Fransanın IOWater (Beynəlxalq Su Ofisinin) tərəfindən Su Ehtiyatlarının İnteqrasiyalı İdarəçiliyi (SEİİ) üçün məlumatların idarəçiliyinə dair seminar keçirilib.

Ətraflı
Azərbaycanda İsveçrə Universitetinin diplomunu almaq imkanı – QƏBUL MÜSAHİBƏ İLƏ APARILIR

Azərbaycanda İsveçrə Universitetinin diplomunu almaq imkanı – QƏBUL MÜSAHİBƏ İLƏ APARILIR

Azərbaycanda oxuyaraq beynəlxalq akreditasiyadan keçmiş İsveçrənin UBİS Universitetinin diplomunu əldə etmək imkanı var. Qərb Universiteti xarici universitetin diplomu arzusunda olan tələbələr üçün gözəl imkan yaradıb. Belə ki, 2016-ci ildən başlayaraq, Qərb Universitetində oxuyub, İsveçrənin UBİS Universitetinin MBA diplomunu almaq mümkündür. Magistraturaya qəbul imtahanlarında iştirak etməyən səxslər də bu proqramdan yararlana bilər. Belə ki, sadəcə, ingilis dili üzrə müsahibədən keçməklə proqram çərçivəsində təhsilə başlamaq mümkündür. Dərslərin 19.00-dan 21.00-a qədər olması isə bu proqramı əmək fəaliyyəti ilə məşğul olan tələbələr üçün də əlverişli edir.

Ətraflı
Qərb Universitetində "Təbii fəlakətlər və ətraf mühit" mövzusunda konfrans keçirilib

Qərb Universitetində "Təbii fəlakətlər və ətraf mühit" mövzusunda konfrans keçirilib

Qərb Universitetində "Təbii fəlakətlər və ətraf mühit" mövzusunda konfrans keçirilib Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurası tərəfindən dəstəklənən"Kür-Araz çaylarında baş verən daşqın ərazilərində ətraf mühitin reabilitasiyası sahəsində maarifləndirmə işinin təşkili" layihəsi çərçivəsində keçirilən Konfrans Qərb Universiteti və "Ruzgar" Ekoloji İctimai Birliyi təşkilatçılığı ilə baş tutub. Konfransda bu istiqamətdə görülmüş işlər, əldə olunmuş nailiyyətlər, mövcud problemlər və təhlükələr nəzərdən keçirilib.

Ətraflı
QƏRB UNİVERSİTETİNDƏ ÇEXİYANIN NYUTON KOLLECİNİN MÜTƏXƏSSİSİNİN MÜHAZİRƏLƏRİ BAŞLAYIB

QƏRB UNİVERSİTETİNDƏ ÇEXİYANIN NYUTON KOLLECİNİN MÜTƏXƏSSİSİNİN MÜHAZİRƏLƏRİ BAŞLAYIB

Qərb Universiteti Beynəlxalq Visegrad Fondu ilə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində Qərb Universiteti "Azərbaycanda kiçik və orta müəssisələrin davamlı inkişafı üçün Visegrad dördlüyü ölkələrinin ən yaxşı təcrübələri" adlı layihəni həyata keçirir.

Ətraflı
Qərb Universitetində Bilik Günü ilə bağlı tədbir keçirilib

Qərb Universitetində Bilik Günü ilə bağlı tədbir keçirilib

2017/2018-ci tədris ilinin başlanması müsabibətilə Qərb Universitetində tədbir keçirilib. Tədbirdə çıxış edən universitetin rektoru professor Andris Leitas müəllimləri və tələbələri təbrik edib, onlara bu təhsil ilində uğurlar arzulayıb.

Ətraflı