Qərb Universiteti Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Depozitariya Kitabxanası Proqramına daxil edildi

Qərb Universiteti Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Depozitariya Kitabxanası Proqramına daxil edildi

Qərb Universiteti beynəlxalq səviyyədə daha bir uğura imza ataraq Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Depozitariya Kitabxanası Proqramına daxil edilmişdir (http://www.wipo.int/ library/en/ depository_libraries.jsp). 

Bununla da Qərb Universiteti ölkəmizdən adıçəkilən proqrama daxil edilmişilk özəl universitet olmuşdur. Sözügedən proqram çərçivəsində ildə 2 dəfə ÜƏMT Katibliyi tərəfindən Qərb Universitetinə ödənişsiz əsasda müxtəlif nəşrlər töhfə ediləcəkdir. Bu isə öz növbəsində əqli mülkiyyət sahəsində Qərb Universitetinin tələbələrinin biliklərinin artırılmasını və insan kapitalının inkişafını təşviq edəcəkdir. Həmin nəşrlərin tələbələrimiz üçün faydalı olacağına ümid edirik.