Qərb Universitetinin beynəlxalq nüfuzu durmadan artmaqdadır!

Qərb Universitetinin beynəlxalq nüfuzu durmadan artmaqdadır!

Qərb Universiteti BMT və menecment ilə bağlı olan akademik institutlar, biznes məktəbləri və universitetlər arasında ilk mütəşəkkil əlaqə olan və 2007-ci ildə BMT-nin baş katibi tərəfindən irəli sürülmüş Məsuliyyətli İdarəetmə Təhsili Prinsipləri təşəbbüsünə qoşulmuşdur (http://www.unprme.org/participants/view-participants.php…).

Bununla da Qərb Universiteti ölkəmizdən sözügedən təşəbbüsə qoşulmuş ilk və yeganə ali təhsil ocağı olmuşdur. Hal-hazırda təşəbbüs dünyanın 80 ölkəsindən 650 aparıcı biznes məktəbini və menecment ilə bağlı akademik institutları əhatə edir. Təşəbbüs korporativ davamlılığı və sosial məsuliyyəti irəlilətmək üçün akademik institutları qlobal çərçivə ilə təmin edir.