Uğurlu karyeranın təməli!

Qərb Universiteti əlavə ali təhsil (distant) almaq istəyənlər üçün aşağıdakı ixtisaslar üzrə qəbul elan edir

Qərb Universiteti

Öz siyasətini tələbələrə unikal bilik və vərdişlərin aşılanmasına, tədrisin daha keyfiyyətli və daha məqsədyönlü aparılmasına, təlimdə ən müasir metodların tətbiqinə və tədrisdə yüksək ixtisasa malik yerli və xarici mütəxəssislərin təcrübəsindən istifadəyə yönəltmiş Qərb Universiteti əmək fəaliyyətindən ayrılmamaq şərtilə əlavə ali təhsil (distant) almaq istəyənlər üçün aşağıdakı ixtisaslar üzrə qəbul elan edir:

- 050208 Politologiya;

- 050321 Dizayn (interyer, qrafik, landşaft);

- 050203 Tərcümə (ingilis,alman,fransız);

- 050201 Filologiya (İngilis dili və ədəbiyyat);

- 050201 Filologiya (Azərbaycan dili və ədəbiyyat);

- 050213 Beynəlxalq münasibətlər;

- 050211 Regionşünaslıq (Qərbşünaslıq);

- 050401 Dünya iqtisadiyyatı;

- 050403 Maliyyə;

- 050407 Menecment;

- 050810 Turizm və otelçilik;

- 050404 İqtisadiyyat;

- 050409 Biznesin idarə edilməsi;

- 050632 İnformasiya texnologiyaları;

- 050631 Kompüter mühəndisliyi;

- 050209 Psixologiya;

- 050510 Ekologiya.

Qəbul 1 oktyabr 2016-cı il tarixədək davam edəcək.

Qəbul olunmaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- I ali təhsil haqqında sənəd (diplom və diplomun əlavəsi);

- Foto şəkil 6 ədəd (3x4);

- Şəxsiyyət vəsiqəsinin surəti;

- Tibbi arayış;

- Oğlanlar üçün hərbi bilet və ya SHXÇDX-də hərbi qeydiyyat haqqında vəsiqənin surəti.

Təhsilini müvəffəqiyyətlə başa vuranlara dövlət nümunəli bakalavr diplomu veriləcək.

Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz:

İstiqlaliyyət küç. 31, Qərb Universiteti, 1-ci mərtəbə, 107 saylı otaq

e-mail: administration@wu.edu.az

Əlaqə nömrələri: 050-999-1991, 492-61-63, 492-74-18, 492-77-81

Media:

Azertag.az: Qərb Universiteti əlavə ali təhsil (distant) almaq istəyənlər üçün qəbul elan edib

Xəbərlər.az: Qərb Universiteti distant təhsil almaq istəyənlər üçün qəbul elan edib