Uğurlu karyeranın təməli!

Qərb Universitetində Xalq yazıçısı ilə görüş keçirilib

Ölkənin aparıcı ali təhsil ocaqlarından biri olan Qərb Universiteti tələbələrinin bilik və dünyagörüşünün formalaşması, onların fərdi inkişafı yönündə ardıcıl layihələr, tədbirlər həyata keçirir. Universitetdə tanınmış peşəkar mütəxəssislərin, ziyalıların mütəmadi olaraq görüşləri, təlimləri, master-klassları təşkil olunur.

Belə görüşlərdən biri 6 mart 2017-сi il tarixində Xalq yazıçısı Çingiz Abdullayevlə keçirilib. Görüşdə yazıçı öz yaradıcılığı barədə danışıb, müasir cəmiyyətimizi qayğılandıran bir sıra məsələlərlə bağlı mülahizələrini diqqətə çatdırıb, uğur hekayəsini bölüşüb. Müasir ədəbiyyatın problemlərindən bəhs edən yazıçı ədəbiyyat-oxucu münasibətlərinin hazırkı vəziyyətini, perspektivlərini şərh edib.

Daha sonra Ç.Abdullayev tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Yazıçı Qərb Universitetinin tələbələrinə onun yaradıcılığına göstərdikləri marağa görə minnətdarlığını bildirib, tələbələrin intellektual səviyyəsini, müxtəlif dillərdə mütaliə etmələrini və ümumilikdə mütaliəyə verdikləri əhəmiyyəti alqışladığını qeyd edib.

Sonda Universitetin professor-müəllim, tələbə heyəti adından yazıçıya xatirə hədiyyəsi təqdim olunub. Tələbələr öz sevimli yazarları ilə fotolar çəkdiriblər.

 

 
 

MEDİADA:

AzTV: Qərb Universitetində Xalq Yazıçısı ilə görüş - AzTV

İTV: Qərb Universitetində Xalq Yazıçısı ilə görüş - İTV

LİDER TV: Qərb Universitetində Xalq Yazıçısı ilə görüş - Lider TV 

SƏS TV: Qərb Universitetində Xalq Yazıçısı ilə görüş - SƏS TV

EKSPRESS.AZ: Qərb Universitetində Xalq yazıçısı ilə görüş keçirilib

QAFQAZINFO.AZ: Qərb Universitetində Xalq yazıçısı ilə görüş keçirilib

AZNEWS.AZ: Qərb Universitetində Çingiz Abdullayevlə görüş

MODERATOR.AZ: Qərb Universitetində Xalq yazıçısı ilə görüş keçirilib

SIA.AZ: Qərb Universitetində Xalq yazıçısı ilə görüş keçirilib

AZPRESS.AZ: Qərb Universitetində Xalq yazıçısı ilə görüş keçirilib

AZTEHSIL.COM: Qərb Universitetində Xalq yazıçısı ilə görüş keçirilib

DIALOQ.INFO: Qərb Universitetində Xalq yazıçısı ilə görüş keçirilib

XEBERLE.COM: Qərb Universitetində Xalq yazıçısı ilə görüş keçirilib

GUN.AZ: Qərb Universitetində Xalq yazıçısı ilə görüş keçirilib

BIRLIK.AZ: Qərb Universitetində Xalq yazıçısı ilə görüş keçirilib

AZERTAYM.AZ: Qərb Universitetində Xalq yazıçısı ilə görüş keçirilib

168SAAT.COM: Qərb Universitetində Xalq yazıçısı ilə görüş keçirilib

GENCAILE.AZ: Qərb Universitetində Xalq yazıçısı ilə görüş keçirilib

GENCLIKNEWS.AZ: Qərb Universitetində Xalq yazıçısı ilə görüş keçirilib