Qərb Universitetinin müəllimləri ASAN könüllüləri üçün təlim keçib

Qərb Universitetinin müəllimləri ASAN könüllüləri üçün təlim keçib

Qərb Universiteti "ASAN Xidmət” Mərkəzinin könüllülərinin təcrübi biliklərə yiyələnməsi istiqamətində silsilə tədbirlər həyata keçirir. Məlumat üçün bildirək ki, tədbirlər proqramı tərəfdaşların birgə müxtəlif istiqamətli layihələr, yarış və müsabiqələr, aksiyalar, treyninqlər keçirməsini nəzərdə tutur.

Bu tədbirlərin davamı olaraq Qərb Universitetinin müəllimləri Gəncə "ASAN Xidmət” Mərkəzinin könüllüləri üçün "Karyera inkişafı” mövzusunda təlim keçib.

Könüllülərə uğurlu karyeranın əsas şərtləri, iş axtarma üsulları və işədüzəlmə müsahibəsində müvəffəqiyyət qazanmaq üçün tələb olunan bacarıqlar barədə məlumatlar verilib, peşəkar CV-ni necə hazırlamaq lazım olduğu diqqətə çatdırılıb.