Qərb Universitetinin müəllimləri tərəfindən məktəblilər üçün "Doğru ixtisas seçimi" mövzusunda təlim keçirilib

Qərb Universitetinin müəllimləri tərəfindən məktəblilər üçün "Doğru ixtisas seçimi" mövzusunda təlim keçirilib

Qərb Universiteti məktəblilərin bilik və bacarıqlarının, dünyagörüşünün formalaşması istiqamətində ardıcıl layihələr həyata keçirir. Bu mənada orta məktəb şagirdləri arasında keçirilən müxtəlif sahələrə dair yarış və müsabiqələri, festivalları, görüşləri xüsusilə qeyd etmək olar. Belə istiqamətlərdən biri də universitetin professor-müəllim heyətinin iştirakı ilə şagirdlər üçün təşkil olunan silsilə təlimlərdir.

13 mart 2017-cil tarixində Qərb Universitetinin müəllimləri Xətai rayonu ərazisində yerləşən 58,59,198 nömrəli tam orta məktəblərdə şagirdlər üçün "Doğru ixtisas seçimi” mövzusunda təlim keçiriblər.

Şagirdlərə ixtisas seçiminin meyarları, ixtisas seçərkən hansı göstəriciləri nəzərə almağın zəruri olduğu barədə məlumatlar verilib. Gələcək abituriyentlərə imtahan öncəsi stress əleyhinə təlimlərdə iştirak etmələri tövsiyə olunub. Tələbə olmaq istəyən şagirdlərə məlumatverici bukletlər paylanıb, bu istiqamətdə konsultasiyalar üçün Qərb Universitetinin nəzdində yaradılmış Qərb Bilik Akademiyasına müraciət edə biləcəkləri bildirilib.