QƏRB UNİVERSİTETİNDƏ "İDARƏETMƏ ETİKASI" MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB

QƏRB UNİVERSİTETİNDƏ "İDARƏETMƏ ETİKASI" MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB

Qərb Universitetində "İdarəetmə etikası” mövzusunda seminar keçirilib. Seminarı Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının İKT komissiyasının sədr müavini, Türkiyənin Nişantaşı Universitetinin professoru Ali Kutvan aparıb.

Professor idarəçiliyin etik aspektləri barədə təqdimatla çıxış edib, iş etikasının tarixi, bügünkü tələbləri, yeni trendlər barədə məlumatverib, eyni zamanda fikir və mülahizələrini bölüşüb.
Daha sonra sual-cavab paneli olub, qonaq tələbələrin suallarını cavablandırıb.

 

A.Kutvan Qərb Universiteti tələbələrinin bilik və dünyagörüşünü yüksək qiymətləndirib, maraqlı polemikaya görə onlara təşəkkür edib.

Sonda professor yenicə çap olunmuş "İdarəetmə etikası” adlı kitabını universitetin kitabxanasına hədiyyə edib.