Tələbələr üçün növbəti seminar təşkil olunub

Tələbələr üçün növbəti seminar təşkil olunub

Qərb Universitetinin tələbələri üçün "Sosial media, internet media və ənənəvi çap mediasına onların təsirləri" mövzusunda seminar təşkil olunub.
Seminarı "Exo" qəzetinin əməkdaşı, tanınmış jurnalist Nurani aparıb.

Qeyd edək ki, Qərb Universiteti tələbələrinin bilik və bacarıqlarının artırılması, dünyagörüşünün formalaşması üçün ardıcıl layihələr, tədbirlər həyata keçirir. Universitetdə yerli və beynəlxalq səviyyədə tanınmış mütəxəssislərin mühazirə, treyninq, seminarları, praktik məşğələləri təşkil olunur