QƏRB UNİVERSİTETİNDƏ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ MÖVZUSUNDA SEMİNAR TƏŞKİL OLUNUB

QƏRB UNİVERSİTETİNDƏ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ MÖVZUSUNDA SEMİNAR TƏŞKİL OLUNUB

Qərb Universiteti tələbələri üçün müxtəlif sahələrlə bağlı yerli və xarici mütəxəssislərin iştirakı ilə treyninqlər, seminarlar, mühazirələr təşkil edir.

Bu gün "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış politoloq Elxan Şahinoğlu universitetin politologiya və siyasi elmlər ixtisası üzrə təhsil alan tələbələri üçün "Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri və həmsədr dövlətlər” mövzusunda seminar keçib.

Politoloq münaqişənin həll yolları, imkanları, bu istiqamətdə aparılan danışıqların hazırkı vəziyyəti ilə bağlı məlumatları diqqətə çatdırıb, mövzunu tələbələr üçün ətraflı şəkildə şərh edib.

Daha sonra sual-cavab paneli olub, qonaq tələbələri maraqlandıran sualları cavablandırıb, onlarla fikir mübadiləsi aparıb.