QƏRB UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ CƏBHƏ BÖLGƏSİNDƏ

QƏRB UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ CƏBHƏ BÖLGƏSİNDƏ

Qərb Universitetinin tələbələri cəbhə bölgəsində, Tərtərdə yerləşən N saylı hərbi hissədə əsgərlərlə görüşüblər.
Tədbir Azərbaycan himninin səslənməsi ilə başlayıb. Daha sonra hərbi hissə rəhbərliyi tələbələri salamlayıb, ön xətdə əsgərlərlə görüşə gəldikləri üçün onlara təşəkkür edib. Qərb Universitetinin müəllimləri və tələbələri çıxış edərək hərbçilərə fədakar xidmətə görə minnətdarlıqlarını bildirib, universitet tələbələrinin daim onlarla birgə olduqlarını ifadə ediblər.
Bildirilib ki, bu səfərin aprel ayında təşkil olunması müəyyən mənada rəmzi xarakter daşıyır. Ötən ilin məhz aprel ayında Azərbaycan ordusu ermənilərin cəbhə xəttindəki təxribatlarına layiqli cavab verərək, böyük bir ərazini düşməndən azad edib.

 

Sonra tələbələrə hərbi hissənin fəaliyyəti barədə məlumat verilib, onlar yataqxana, çamaşırxana və yeməkxana ilə tanış olublar.
Daha sonra tələbələr musiqi nömrələri ifa edib, əsgərlərlə birlikdə rəqs ediblər.