Qeydiyyat üçün tələb olunan SƏNƏDLƏR

Qeydiyyat üçün tələb olunan SƏNƏDLƏR

DİQQƏT! Qərb Universitetinə qəbul olunmuş tələbələrin NƏZƏRİNƏ!

Tələbə adı qazanmış şəxslər avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlər tələb olunur:
* Attestatın əsli
* Foto şəkil (6 ədəd) (3x4)
* Şəxsiyyət vəsiqəsinin surəti
* Tibbi arayış
* Oğlanlar üçün hərbi arayış və ya hərbi komissarlığın qeyd olunma haqqında şəhadətnamənin surəti
* Təhsil haqqı (50 faiz)
* İş nömrəsi və şifrə

Qeydiyyat 15-25 avqust 2017-ci il tarixləri ərzində aparılacaq.
Qeydiyyat bu ünvanda aparılır: İstiqlaliyyət 27
_______________
Qərb Universitetinə qəbul olunmuş bütün tələbələri bir daha təbrik edir, onlara gələcək təhsillərində uğurlar arzulayırıq!