Qərb Universiteti daha bir beynəlxalq uğura imza atıb

Qərb Universiteti daha bir beynəlxalq uğura imza atıb

Qərb Universiteti daha bir beynəlxalq uğura imza atmışdır. Qərb Universiteti Mərkəzi Avropa, Şərqi Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və Aralıq dənizi regionu üzrə əqli mülkiyyət tədris edən universitetlərin siyahısına daxil edilmişdir. Sözügedən internet platforması Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Bolqarıstanın Milli və Dünya İqtisadiyyatı Universiteti tərəfindən idarə olunur. Platformanın məqsədi əqli mülkiyyət tədris edən universitetlərin beynəlxalq şəbəkəsinin yaradılmasından ibarətdir. Qərb Universiteti ölkəmizdən adıçəkilən portala daxil edilmiş ilk və yeganə universitetdir.