Qərb Universitetinin tələbələri Elmi Forumda innovativ bacarıqlarını nümayiş etdirib

Qərb Universitetinin tələbələri Elmi Forumda innovativ bacarıqlarını nümayiş etdirib

Qərb Universiteti Azərbaycan Elm Assosiasiyası tərəfindən keçirilən "Multidissiplinar Elmi Forum”da iştirak edib. Universitetin tələbələri Forumda 4 layihə təqdim ediblər.
Universitetin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbinin tələbələri LEGO platforması üzərində maneədən qaçan və qəza törətməyən robot təqdim ediblər.

Eyni zamanda insan boyunu ölçmək üçün də innovativ layihə təqdim olunub. Forum zamanı istənilən şəxs stendə yaxınlaşaraq tələbələrin əl işi olan elektron boyölçəndən istifadə edərək öz boylarını ölçə bilmişlər.

Elektronika sahəsində sonuncu layihə olan led pər vasitəsi ilə tələbələrin Qərb Universitetinin qısaldılmış adını və yaranma tarixini əks etdirməsi də maraqla qarşılanıb.

Universitetin Biznes Məktəbinin tələbəsinin üzərində çalışdığı, distant olaraq xarici dilləri öyrətməyi nəzərdə tutan VOOBY startap layihəsi də Forumun diqqətçəkən təqdimatlarından olub.




Qərb Universitetinin tələbələri Elmi Forumda innovativ bacarıqlarını nümayiş etdirib