Qərbi Kaspi Universitetində proqramçılar üçün təlimlər keçiriləcək

Qərbi Kaspi Universitetində proqramçılar üçün təlimlər keçiriləcək

Azərbaycanda ilk Hackathon yarışmalarının təşkilatçısı olan "Hackathon Azerbaijan” komandası 3 illik fasilədən sonra yenidən fəaliyyətə başlayıb. Belə ki, təşkilat komitəsindən verilən məlumata əsasən cari ilin 1 noyabr tarixindən "Hackathon Azerbaijan” layihəsi çərçivəsində növbəti, sayca olan "Game Jam” müsabiqəsinə start verib.

"Game Jam" müsabiqəsinə qeydiyyat 1 - 17 Noyabr 2017-ci il tarixləri arasında http://www.hackathon.az saytı vasitəsilə aparılacaq.

Müsabiqənin keçirilməsində məqsəd bu sahədə kadr potensialının artırılması, müvafiq sahədə potensial proqramçıların üzə çıxarılmasıdır.

Seçim turundan müvəffəqiyyətlə keçən komandalara Noyabr - Dekabr aylarında Qərbi Kaspi Universitetinin tədris binasında mövzu ilə əlaqədar təlim və seminarlar keçiləcək.

Məlumat üçün qeyd edək ki, Hackathon – hacker neologiyasıdır – proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, lahiyələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathon-un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.

Müsabiqənin baş sponsoru "İDRAK” Texnoloji Transfer şirkətidir.